DÖVLƏT NEFT ŞİRKƏTİNDƏ GÖRÜŞ
Ölkəmizdə neft müqavilələrinin həyata keçirilməsinin ən yüksək səviyyəyə çatdığını söyləyən R.Abdullayev, belə bir vaxtda artıq Azərbaycan ilə İsrail arasında da böyük neft biznesi haqqında danışmaq üçün məqam yarandığını qeyd etmişdir.
Azərbaycan xalqını Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin işə düşməsi və Xəzər nefti ilə yüklənmiş ilk tankerin dünya bazarlarına yola salınması münasibətilə təbrik edən nazir Benyamin Ben-Eliezer Ceyhan qapısının açılması ilə Azərbaycan neftinin İsrailə də yolunun xeyli qısaldığını vurğulamışdır. O, Azərbaycan ilə İsrail arasında neft biznesinin əsasını qoymaq üçün gəldiyini, Bakıya səfərindən məmnun qaldığını bildirmiş, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən aldığı xoş təəssüratdan söz açmışdır.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev BTC kəmərinin işə düşməsi ilə Azərbaycan-İsrail əməkdaşlığında yeni dövrün başlandığını vurğulamış, ümid etdiyini bildirmişdir ki, gələcəkdə Xəzər neftinin Qırmızı dənizə çıxarılması məsələsini də nəzərdən keçirmək mümkün olacaqdır. O, ARDNŞ-in Azərbaycan neftinin İsraildə emal edilməsində maraqlı olduğunu və bunun iqtisadi cəhətdən səmərə verəcəyinə inandığını söyləmişdir.
Görüşdə iştirak edən İsrail biznesmenləri öz şirkətlərinin fəaliyyət istiqamətləri haqqında məlumat vermiş və ARDNŞ-in müxtəlif strukturları ilə əməkdaşlıq etmək niyyətlərini açıqlamışlar.
İsrail dövlətinin milli infrastruktur naziri Benyamin Ben-Eliezer
Rövnəq Abdullayev başda olmaqla ARDNŞ-in nümayəndə heyətini İsrailin emal müəssisələri və iş standartları ilə tanış olmaq üçün ölkəsinə dəvət etmişdir.