Dövlət qulluğu üzrə müsahibədə iştirak etmək üçün 600-dək namizəd qeydiyyatdan keçib
Bakı, 15 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (26 vəzifə) və B (299 vəzifə) növünə aid olan 325 vakant vəzifənin tutulması üçün yanvarın 4-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, yanvarın 15-nə olan məlumata əsasən, müsahibədə iştirak etmək üçün ümumilikdə 589 nəfər qeydiyyatdan keçib. Onlardan 587-si dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan, 2-si isə A növünə aid olan vəzifələrin (inzibati rəhbər vəzifələr) tutulması üçün müraciət edib. Göründüyü kimi, inzibati icraçı vəzifələrdə işləmək istəyənlərin sayı daha çoxdur.
Xatırladaq ki, qeydiyyat fevralın 4-dək aparılacaq. Namizədlər saat 18:00-dək “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]