Dövlət qulluğu vəzifələri üzrə müsahibə davam edir
Bakı, 10 mart, AZƏRTAC
Ümumilikdə 52 dövlət orqanında 250 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il dekabrın 10-da elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AZƏRTAC xəbər verir ki, DİM-in martın 10-u saat 16:50-yə olan göstəricilərinə əsasən, müsahibədə 125 nəfər uğur qazanıb. Onlardan 26-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 15-i Bakı şəhəri Nizami Rayon Məhkəməsində, 13-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, müsahibədə iştirak üçün 2006 nəfər sənəd verib. Müsahibə aprelin 16-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:51]
Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ
- 08.10.2026 [17:11]