Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN RƏİSİ, GENERAL-LEYTENANT ELÇİN QULİYEVİN ÇIXIŞI

- Möhtərəm Prezident, cənab Ali baş komandan!

Azərbaycan sərhədçiləri üçün əlamətdar olan bu bayram ərəfəsində hərbi hissələrimizə döyüş bayraqlarının təqdim edilməsi mərasimində Zati-alinizin iştirakından qürur duyur, Sizi salamlayır və yaşadığımız bu anlarla fəxr edirik.

Möhtərəm Prezident!

Qurucusu Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyi və xalqımızın tərəqqisi naminə gördüyünüz işləri daim dəstəkləyən Azərbaycan xalqı bu gün ətrafınızda sıx birləşmişdir. Xalqın Sizə inam və etibarı ölkənin qüdrətlənməsinə, işğal altında olan torpaqlarımızın geri qaytarılmasına, hər bir ölkə vətəndaşının rifahının yaxşılaşdırılmasına yönəlmiş fəaliyyətinizin məntiqi nəticəsidir. Xalqımızın Heydər Əliyev siyasətinin davamına olan bu dəstəyi əbədi, sarsılmaz və tükənməzdir. Çünki Siz məqsədi qüdrətli Azərbaycan yaratmaq olan əbədi baş sərkərdəmizin ölməz ideyalarının təminatçısısınız.

Cənab Ali baş komandan,

Cənab generallar, zabitlər, gizirlər və əsgərlər!

Heydər Əliyev xalqımız üçün təkcə rəhbər deyil, Azərbaycanın tərəqqisini təmin edən bir şəxsiyyət, həyatını xalqın inkişafına həsr etmiş bir insan, Azərbaycanın ləyaqət və cəsarət simvoludur.

Böyük fəxarət hissi ilə vurğulayıram ki, dahi öndərimizin Vətən və xalq qarşısındakı xidmətlərinin başlanğıc nöqtəsi hazırda Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatı yerləşən bu möhtəşəm binada olmuşdur. Vaxtilə ümummilli liderimiz bu binada çalışmış, dövlət təhlükəsizliyi orqanının rəhbəri vəzifəsinə yüksəlmiş, o dövrün mövcud ideologiyasına baxmayaraq, Azərbaycanda milli ruhun sıxışdırılmasına, görkəmli şəxsiyyətlərin məhvinə yol verməmiş, əksinə, milli ruhu yüksəltmiş, milli mədəni dəyərlərimizi qırmızı terrordan qorumuşdur. 35-40 il bundan öncə azərbaycançılıq ideyaları, milli özünüdərk ideyaları dahi öndərimiz tərəfindən məhz bu binada düşünülmüş, Azərbaycanın gələcəyinə ünvanlanaraq, dövlətimizin müstəqilliyinə zəmin yaratmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin yaranması, formalaşması və bugünkü səviyyəyə çatması da dahi öndərimizin adı ilə bağlıdır. Yaxşı bilirik ki, hələ SSRİ zamanı Azəbaycan ərazisindəki bir çox sərhəd dəstələrinin, zastava və məntəqələrin yaradılmasının təşəbbüskarı və təşkilatçısı məhz Heydər Əliyev olmuşdur.

Məzunu olduğum Cəmşid Naxçıvanski adına hərbi liseyi, doğma övlad qədər sevdiyi bənzərsiz hərbi təhsil ocağını yaradarkən də ümummilli liderimiz bu günümüzü düşünürdü. Biz sərhədçilər bu gün bir daha ulu öndərimizin xatirəsi önündə ehtiramla baş əyir, o dahi şəxsiyyətin müqəddəs ruhuna hörmət və ehtiramımızı bildiririk. Biz Heydər Əliyev ideyalarına sədaqətin əsgərləriyik.

Möhtərəm Prezident, ümummilli liderimizin ideyaları, göstəriş və tapşırıqları fəaliyyət proqramımızın əsasını təşkil edir. Sizin rəhbərliyiniz və qayğınız sayəsində bu ideyaların həyata keçməsi üçün səylərimizi əsirgəmirik. Təməli böyük öndər tərəfindən qoyulmuş Azərbaycan sərhəd siyasətinin uğurlu davamı olan Dövlət Sərhəd Xidməti inkişaf edən, dövlət sərhədlərinin etibarlı mühafizəsini təşkil etməyə qadir olan bir quruma çevrilmişdir.

Bu gün Zati-alinizdən döyüş bayraqlarını almağın, onu uca tutmağın, bu bayraqlar altında təlimlərdə, döyüşlərdə hərəkət etməyin, uğur qazanmağın, müqəddəs sərhədlərimizi göz bəbəyi kimi qorumağın məsuliyyətini başa düşür və buna hər an hazır olduğumuzu bildiririk. Sizin əmanət etdiyiniz əsgəri şərəf, şücaət və şöhrət rəmzi olan bu döyüş bayraqları hər bir sərhədçiyə Vətənə xidmət etmək, öz canını və qanını əsirgəmədən onu müdafiə etmək, hər qarışını qorumaq, işğal altında olan torpaqlarımızı azad etmək borcunu xatırladacaqdır.

Möhtərəm Prezident, cənab Ali baş komandan!

Sizi əmin edirəm ki, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidentinə, dövlətinə və xalqına sədaqətlə xidmət edəcək, dövlətçiliyimizin keşiyində mətin duracaq, qarşımızda qoyduğunuz vəzifələri layiqincə yerinə yetirəcək, Vətən sərhədlərinin qorunmasında daha yüksək nailiyyətlərin əldə edilməsi üçün səy və bacarığını əsirgəməyəcəkdir.

X X X

Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev mərasimdə nitq söylədi (Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).

X X X

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bur qrup hərbi qulluqçusuna orden və medallar, təzə mənzillərin orderlərini təqdim etdi.

X X X

Respublikamızın rəhbəri İlham Əliyev Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatının binasında müasir standartlar səviyyəsində yaradılmış idman salonuna baxdı, müasir idman qurğuları və avadanlığı, soyunub-geyinmə otaqları, “Sərhədçi” Olimpiya İdman Kompleksinin maketi və fotoşəkilləri ilə tanış oldu.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev məlumat verdi ki, 2002-ci ildə Prezidentə sərhədçilərin fiziki hazırlığının yüksəldilməsi üçün “Sərhədçi” Olimpiya İdman Kompleksinin tikilməsi barədə müraciət olunmuşdu. 2003-cü ilin əvvəlindən tikintiyə başlanmışdır. Əvvəllər həmin ərazidə kino-konsert salonu tikmək istəmişdilər, lakin yarımçıq qalmışdı. Sizin göstərişiniz əsasında biz ilkin olaraq belə bir layihə hazırlamışıq. Mütəxəssislərin rəyi ilə buradakı yarımçıq bina tamamilə sökülür. Kompleks beynəlxalq standartlara uyğun futbol stadionundan, örtülü hovuzdan, kiçik futbol meydançasından, mehmanxanadan, tennis kortlarından və min nəfər tamaşaçı tutan universal idman salonundan ibarət olacaqdır.

Hazırda tikinti işləri davam etdirilir. Çox nadir bir kompleks olacaqdır. Sərhədçilər Sizin diqqətinizi daim hiss edirlər. Yeni kompleksin tikilməsi də bu qayğının canlı təcəssümüdür. 2006-cı ilin sonunda inşaat işləri başa çatdırılacaqdır.

İLHAM ƏLİYEV: Xarici görünüşü də çox yaxşıdır. Hər cür şərait olacaq -hovuz, mehmanxana, futbol meydançası və s. çox gözəldir.

X X X

Dövlətimizin başçısı DSX-də yeni yaradılmış istintaq-təhqiqat şöbəsinə də baş çəkdi.

Bildirildi ki, bu şöbə Prezidentin sərəncamı ilə yaradılmışdır. Azərbaycanda Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan sonra Dövlət Sərhəd Xidmətində də istintaq işlərinin aparılması üçün müvafiq şöbə fəaliyyət göstərir. Burada hər bir müstəntiq üçün lazımi iş şəraiti yaradılmışdır, bütün işlərə kompüterlər vasitəsilə şöbənin rəisi tərəfindən nəzarət olunur.

Prezident İlham Əliyev otaqların əvvəlki və indiki görünüşünü əks etdirən fotoşəkillərə baxdı, şöbədə yaradılmış müasir iş şəraitini yüksək qiymətləndirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub