Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN RƏİSİ, GENERAL-LEYTENANT ELÇİN QULİYEVİN MƏRUZƏSİ

- Möhtərəm Prezident!

Cənab Ali baş komandan!

Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatına gəlişinizlə bu günü Azərbaycan sərhəd mühafizə tarixinə həkk etdirdiniz!

Hər bir sərhədçini dövlət sərhədinin toxunulmazlığını və təhlükəsizliyini təmin etməyə çağıran döyüş bayraqlarını Silahlı Qüvvələrin Ali baş komandanından qəbul etmək şərəfini bizə nəsib etməyinizi, Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi ilə tanışlığınızı, əməkdaşlarımızın ali hərbi rütbələrə, yüksək dövlət təltiflərinə, orden və medallara layiq görülmələrini, xidmətdə fərqlənmiş hərbi qulluqçulara mənzil orderlərinin verilməsini Azərbaycan sərhədçilərinə göstərilən böyük etimad kimi qəbul edir, Sizə dərin təşəkkür və minnətdarlığımızı bildirirəm.

Xalqın inam və etibarına arxalanan liderin nəyə qadir olduğunu bəşəriyyətə nümayiş etdirmiş, bununla da bütün ölkə başçıları üçün örnək ola biləcək dövlət lideri etalonu yaratmış dahi öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı xidmətləri, Azərbaycanın tərəqqisi naminə fədakar fəaliyyəti onun dühası altında böyümüş hər bir Azərbaycan vətəndaşına yaxşı məlumdur. Heydər Əliyev irsi, Heydər Əliyev ideyaları, Heydər Əliyev məktəbi təkcə bugünkü deyil, gələcək nəsillərə, Azərbaycanımızın gələcəyinə məxsusdur. Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzinin əsas vəzifəsi bu zəngin irsi tədqiq etmək, xalqına, dövlətinə sədaqət nümunəsini yaddaşlarda həkk etdirmək, hər bir Azərbaycan sərhədçisini bu ruhda tərbiyə etməkdən ibarətdir.

Dahi rəhbərimizin illər boyu gördüyü işlər, gecəli-gündüzlü fəaliyyəti nəticəsində Azərbaycan vətəndaş müharibəsindən, parçalanmadan qurtulmuş, dövlətə və milli maraqlarımıza xidmət etməyən qüvvələrin hakimiyyətdə olması üzündən yaranmış böhranlar aradan qaldırılmış, Silahlı Qüvvələr möhkəmlənmiş, iqtisadiyyatımız dirçəlmiş, dünya miqyaslı beynəlxalq layihələrin həyata keçirilməsində Azərbaycanın iştirakı təmin olunmuş, Azərbaycan dünya siyasətinin bərabərhüquqlu iştirakçısına, regional mərkəzə çevrilmiş, mədəniyyətimiz, təhsilimiz, idmanımız və ölkə həyatının digər sahələri inamla inkişaf etdirilmişdir.

Öndərimizin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini, qızıl səhifələrini təşkil edir. Çünki ölkəmizin siyasi, iqtisadi, ictimai və mədəni həyatında əldə olunmuş bütün uğur və nailiyyətlər Heydər Əliyev adı ilə bağlıdır.

Möhtərəm Prezident!

Böyük öndərimizin uzun müddət çalışdığı bu binada Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzinin yaradılması zərurətdən doğur. Çünki sovet ideologiyasının tuğyan etdiyi, totalitar rejimin hökm sürdüyü bir dövrdə azərbaycanlının general rütbəsinə və DTK-nın sədri vəzifəsinə qədər yüksəlməsi ulu Tanrının xalqımıza ən böyük töhfəsi idi. O zamanlar xalq Heydər Əliyevin simasında öz xilaskarını, öz müdafiəçisini tapmışdı. Sirr deyil ki, dahi öndər Heydər Əliyevə qədər bu binada nə qədər günahsız soydaşlarımız qətlə yetirilmiş, qırmızı terrorun qurbanı olmuşdur.

Məhz dahi öndərimizin gördüyü işlər sayəsində insanların qorxu ilə yanından keçdikləri bu binanın pəncərələrindən xalqımızın taleyinə işıq düşmüş, müstəqillik, dövlətçilik, ədalət, milli tərəqqi, dünyəvilik kimi prinsipləri özündə birləşdirən milli azərbaycançılıq ideologiyasının əsası qoyulmuşdur.

Milli dövlətçiliyin əsas rəmzlərindən biri olan dövlət sərhədlərinin mühafizəsi məsələləri hər zaman öndərimizin diqqət mərkəzində olmuşdur. Ötən əsrin 60-cı illərinin sonunda dahi rəhbərimizin təşəbbüsü ilə Bakıda SSRİ Sərhəd Qoşunlarının Zaqafqaziya əlahiddə əməliyyat qoşun hissəsinin yaradılması, azərbaycanlı sərhədçilərin yüksək vəzifələrə irəli çəkilməsi, 1970-ci illər ərzində onun sərhəd dəstələrinə mütəmadi səfərlər etməsi, sərhədçilərin qayğıları ilə yaxından maraqlanması, məzunları zabit heyətimizin əsasını təşkil edən Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, SSRİ Sərhəd Qoşunlarının mərkəzdən maliyyələşdirilməsinə baxmayaraq, 1969-cu ildə Naxçıvan sərhəd dəstəsi, 70-ci illərin əvvəllərində Göytəpə sərhəd dəstəsi qarnizonlarının, Lənkəran sərhəd dəstəsinin “Qobustan” sərhəd zastavasının, cənub sərhədləri boyu sərhəd zastavalarının, sərhəd gözətçi gəmilər dəstəsində yeni tədris korpuslarının, Sərhəd Qoşunlarının hərbi hospitalının respublika büdcəsi hesabına tikilməsi Heydər Əliyev bəsirətinin göstəricisi olmaqla, əbədiyaşar liderimizin bu sahədəki xidmətlərinin yalnız bir hissəsini təşkil edir.

SSRİ dağıldıqdan sonra Azərbaycanın milli üçrəngli bayrağının silahlı qüvvələrimizdə ilk dəfə olaraq, 1992-ci ilin avqust ayının 22-də dahi öndər Heydər Əliyevin bilavasitə iştirakı ilə Naxçıvan sərhəd dəstəsində qaldırılması, sərhədçilərə Milli Qəhrəman adlarının verilməsi, şimal və şimal-qərb sərhədlərində ilkin zəruri infrastrukturun yaradılması, MDB-nin xarici sərhədlərini birgə qorumaq cəhdlərinin qarşısının qətiyyətlə alınması və Azərbaycanın öz sərhədlərini müstəqil qorumağa qadir olmasının sübut edilməsi, 1998-ci ildə “Sərhəd Qoşunları üçün zabitlərin hazırlanması” fakültəsinin yaradılması dövlət sərhədlərinin mühafizəsinə xüsusi diqqətin və Azərbaycan sərhədçilərinə qayğının təzahürüdür.

XXI əsrin başlaması ilə dünyada cərəyan edən qloballaşma prosesləri, Şərqdən Qərbə miqrasiya axınlarının genişlənməsi, beynəlxalq strateji nəqliyyat dəhlizlərinin ölkə ərazisindən keçməsi, müxtəlif kriminal qurumların Azərbaycan ərazisindən cinayətkar məqsədlərlə istifadə etmək cəhdləri, Azərbaycan ilə həmsərhəd olan dövlətlərdə vəziyyət, o cümlədən sərhədlərimizin bilavasitə yaxınlığında - Əfqanıstanda, Rusiya Federasiyasında və İraqda antiterror əməliyyatlarının aparılması, Ermənistanın ölkəmizə qarşı təcavüzü və digər bu kimi amillər dövlət sərhədlərimizin etibarlı mühafizəsinin vacibliyini ön plana çəkdi.

Xidməti vəzifələrin xüsusiyyətlərini nəzərə alaraq, 2002-ci il iyul ayının 31-də dahi öndərimiz Dövlət Sərhəd Xidmətinin yaradılması barədə qərar verdi və bununla da Azərbaycan dövlətçiliyi üçün dövlət sərhədlərinin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət daşıdığını nümayiş etdirdi.

 

“Sərhəd Qoşunları beynəlxalq terrorizmlə, təxribatçı qüvvələrlə mübarizədə ön sırada olmalıdır” deməklə, sərhədçilər qarşısında kütləvi qırğın silahlarının yayılmasına, narkotik maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə aparılması, dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi, o cümlədən neft yataqlarının, ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi kimi mühüm vəzifələr qoydu.

Beynəlxalq və ikitərəfli sərhəd əməkdaşlığının qarşılıqlı faydalılıq əsasında inkişafı, dost həmsərhəd dövlətlərin sərhəd mühafizə qurumları ilə münasibətlərin qurulması, müqabil dövlətlərlə sərhədlərimizin delimitasiyası, dövlət sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü işlər və qəbul etdiyi qərarlarla dahi öndərimiz milli sərhəd siyasətini formalaşdırmış, dövlət sərhədlərinin mühafizəsi konsepsiyasını yaratmışdır.

Möhtərəm Prezident!

Təməli dahi öndərimiz tərəfindən qoyulmuş dövlətçilik ənənələri Sizin tərəfinizdən uğurla davam etdirilir. Dövlət həyatının və ictimai həyatın bütün sahələrində olduğu kimi, Dövlət Sərhəd Xidmətinin də inkişafı və tərəqqisi üçün bütün şərait yaradılmışdır. Son müddətdə imzaladığınız bir sıra mühüm fərman və sərəncamların Dövlət Sərhəd Xidmətinin inkişafı üçün xüsusi əhəmiyyəti olmuşdur. Dövlər Sərhəd Xidməti hərbi qulluqçularının hərbi geyim formaları və fərqləndirmə nişanları, Sərhəd Qoşunlarının döyüş bayraqları təsdiq edilmiş, qüvvədə olan normativ-hüquqi aktlara əlavə və dəyişikliklər edilmiş, respublikanın inkişaf fondundan Dövlət Sərhəd Xidmətinin ehtiyacları üçün külli miqdarda vəsait ayrılmış, Dövlət Sərhəd Xidmətinin Naxçıvan sərhəd dəstəsinin bazasında sərhəd diviziyası, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi yaradılmış, hərbi qulluqçularımız orden və medallara layiq görülmüş, bir sıra əməkdaşlarımız ali hərbi rütbələr almış və ali hərbi rütbəli vəzifələrə təyin olunmuşlar.

Bununla yanaşı, tərəfimizdən hazırlanaraq təqdim edilmiş “Dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006-2010-cu illər üzrə texniki inkişafına dair Dövlət proqramı”nın həyata keçirilməsi Azərbaycan Respublikasının milli maraqlarının, dövlət sərhədinin toxunulmazlığının, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi, dövlət sərhədlərinin mühafizəsinin ən yüksək səviyyədə təşkil olunması üçün zəruri şərait yaratmaq məqsədi daşıyır.

Məruzə edirəm ki, Dövlət Sərhəd Xidmətinə göstərdiyiniz yüksək diqqət və qayğı sayəsində Zaqatala, Şəki və Horadiz sərhəd dəstələrinin, Səngəçal aviadəstəsinin qarnizonları, habelə 65 yeni sərhəd məntəqəsi inşa edilmişdir. Dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi və dənizdə neft-qaz infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Xəzər dənizində müşahidə, axtarış və xilasetmə imkanlarımız inkişaf etdirilmiş, sərhəd gözətçi gəmiləri müasir naviqasiya və aşkaretmə avadanlığı ilə təchiz olunmuşdur.

Dəniz səthi üzərində fasiləsiz nəzarətin təşkil edilməsi üçün quraşdırılmış radarlar vasitəsilə daxil olan məlumatların vahid mərkəzdə toplanması və təhlili üçün Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin tərkibində Komanda idarəetmə mərkəzi fəaliyyətə başlamışdır. Sərhəd aviasiyası yaradılmış, qoşunların idarəetmə sistemi təkmilləşdirilmiş, nəzarət-buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə çatdırılmışdır.

Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhərində 48 mənzillik yaşayış evi, sərhəd dəstələrində 3 yaşayış binası, Abşeron rayonunun Goradil qəsəbəsində “Sərhədçi” istirahət mərkəzi, Dövlət Sərhəd Xidmətinin poliklinikası inşa edilmiş, hərbi hospital əsaslı təmir olunub zabit və gizirlərin istifadəsinə verilmişdir. Sizin göstərişiniz əsasında hazırda yeni kompleks sərhəd məntəqələrinin tikintisi davam edir.

Dövlət Sərhəd Xidmətinin beynəlxalq əlaqələri genişləndirilmiş, ABŞ-ın, Avropa ölkələrinin və həmsərhəd dövlətlərin sərhəd mühafizə orqanları ilə qarşılıqlı münasibətlər inkişaf etdirilmiş, NATO, Avropa İttifaqı, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə faydalı əməkdaşlıq əlaqələri qurulmuşdur.

Möhtərəm Prezident!

Cənab Ali baş komandan!

Bu gün hər bir Azərbaycan sərhədçisi Ali baş komandanın etimadını doğrultmaq üçün qüvvə və bacarığını əsirgəmir. Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və hərbi hissə komandirləri bu müşavirədə iştirak edərək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanından birbaşa göstərişlər almağın məsuliyyətini dərk edir, etimadınıza layiq olmaq üçün şəxsi heyəti bütün göstərişlərinizin daha yüksək səviyyədə icrasına səfərbər etmək əzmindədirlər.

Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti adından Sizi əmin edirəm ki, etibarınızı xidmətimizlə doğruldacaq və andımıza daim sadiq qalaraq, Azərbaycan Respublikasının Prezidentinə, dövlətinə və xalqına sədaqətlə xidmət edəcəyik. Vətənə, torpağa məhəbbətimiz və Heydər Əliyev ideyalarına sadiqliyimiz dövlət sərhədinin mühafizəsi işində bizə daha böyük qələbələr, uğur və nailiyyətlər qazandıracaqdır.

Cənab Ali baş komandan, məruzəm bitdi.

X X X

Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev müşavirədə nitq söylədi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub