Dövlət Tərcümə Mərkəzi ilə Gürcüstanın “İverioni” nəşriyyatı arasında memorandum imzalanıb
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə Gürcüstanın “İverioni” nəşriyyatı arasında əməkdaşlıq memorandumu imzalanıb.
Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, memorandumda ölkələrarası ədəbi-mədəni əlaqələrin genişləndirilməsi istiqamə¬tin¬də davamlı və konstruktiv əməkdaşlıq - Azərbaycan və Gürcüstan ədəbiyyatlarının qarşılıqlı mübadilələr çərçivəsində tərcüməsi, nəşri, kitablara dair təqdimatların, dəyirmi masaların, onlayn-konfransların keçirilməsi, nəşrlərin geniş oxucu auditoriyasına çatdırılması, ölkələrin mərkəzi kitabxanalarına və universitetlərinə yerləşdirilməsi kimi məsələlər nəzərdə tutulur.
Sənəd Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsud və “İverioni” nəşriyyatının direktoru Zaur Naçkebia tərəfindən imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:40]
“GastroFest 2026” festivalı yekunlaşıb
- 10.10.2026 [11:55]
Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb
- 09.10.2026 [23:00]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [22:17]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [19:21]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [17:55]