Dövlət və hökumət başçılarının şərəfinə
İstanbul, 22 dekabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirak etmək üçün Türkiyədə səfərdə olan dövlət və hökumət başçılarının şərəfinə dekabrın 22-də İstanbulun “Dolmabaxça” sarayında Baş nazir Rəcəb Tayyib Ərdoğanın adından qəbul təşkil edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak etmişdir.
Prezident İlham Əliyevin Türkiyəyə səfəri davam edir.
######
