DST antibiotiklərə davamlılığın artması barədə xəbərdarlıq edir
Bakı, 30 yanvar, AZƏRTAC
Dünyanın həm yoxsul, həm də zəngin 22 ölkəsindən olan yarım milyon insanda antibiotiklərə davamlılığın artması müşahidə olunur. Dünya Səhiyyə Təşkilatının (DST) ekspertləri müvafiq məlumatın mikrob əleyhinə preparatlara davamlılıq üzrə Qlobal epidemioloji nəzarət sistemi tərəfindən əldə edildiyini söyləyiblər.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bakteriyalar arasında antibiotiklərə əks-təsir göstərən bağırsaq çöpü, salmonella, həmçinin qızılı stafilokok və digər təhlükəli xəstəliklərdir. DST-nin nümayəndəsi Mark Sprenger deyib: “Məruzə təsdiqləyir ki, antibiotiklərə davamlılıq problemi çox ciddidir. Ən çox yayılan və ən təhlükəli yoluxmaların dərmanlara qarşı davamlı olması müşahidə edilir. Patogenlərin milli sərhəd tanımaması isə xüsusi narahatlıq doğurur. Məhz buna görə DST bütün ölkələri etibarlı olan əks-təsirin izlənmə sisteminə qoşulmağa çağırır ki, buradan da məlumatlar qlobal sistemə ötürüləcək”.
Hazırda Qlobal epidemioloji nəzarət sistemindən 52 ölkə istifadə edir. Sistem vərəm istisna olmaqla, ən təhlükəli xəstəlik törədicilərinin əks-təsirini izləyir. Məsələ orasındadır ki, vərəm çöplərinin davamlılığı üzərində müşahidə artıq neçə illərdir aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]