DST rəhbəri ABŞ-ın maliyyə dəstəyini dayandırmasını təəssüflə qarşılayıb
Cenevrə, 16 aprel, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Tedros Adanom Qebreyesus ABŞ-ın bu təşkilata maliyyə yardımlarını dayandırmasından təəssüfləndiyini bildirib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq təşkilatın rəhbəri Cenevrədə keçirilən brifinqdə koronavirus pandemiyasına qarşı mübarizədə həmrəyliyə çağırıb. O qeyd edib ki, əgər koronavirusa qarşı mübarizədə parçalanma baş verərsə, bu, yalnız virusun yayılmasına şərait yarada bilər: “Biz birgə səylərimizi hamımıza qarşı yönəlmiş təhlükəyə qarşı səfərbər etməliyik.”
T.Qebreyesus əlavə edib ki, bu mübarizədə ən vacib qayda həmrəyliyi qoruyub saxlamaq və bu yolla virus üzərində qələbə çalmaqdır.
Brifinqdə, həmçinin qeyd edilib ki, hazırda ABŞ-ın maliyyə dəstəyinin dayandırması ilə hansı sahələrin maliyyə çətinliyi yaşayacağı və bu boşluqların necə doldurulacağı araşdırılır. Qeyd edilib ki, DST təkcə koronavirusa qarşı deyil, digər xəstəliklərə qarşı da mübarizə aparır, xüsusilə də dünyanın müxtəlif ölkələrində səhiyyə sisteminin inkişafına töhfə verir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp DST-ni koronavirus pandemiyası ilə bağlı ABŞ-ı vaxtında və düzgün şəkildə məlumatlandırmamaqda günhalandıraraq, ölkəsinin bu təşkilata maliyyə dəstəyini dayandırıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]