İQTİSADİYYAT
DTX: Güzəştli mənzil seçimi IT sahəsində xüsusi biliklərə malik şəxslər tərəfindən reallaşdırılıb
![DTX: Güzəştli mənzil seçimi IT sahəsində xüsusi biliklərə malik şəxslər tərəfindən reallaşdırılıb](/files/2022/2/1200x630/16572958512289960020_1200x630.jpg)
Bakı, 8 iyul, AZƏRTAC
Aprelin 14-də güzəştli mənzillərin satışında kənar müdaxilə halı ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən cinayət işi başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova deyib.
Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, bir çox hallarda mənzil seçimi prosesi informasiya texnologiyaları sahəsində xüsusi biliklərə malik olan şəxslər tərəfindən reallaşdırılıb: “İstintaq texniki imkanlardan istifadə edilərək təqsirləndirilən şəxslər tərəfindən müəyyən kompüter proqramlarının dəyişdirilməsini və digər formada müdaxilə edilməsini təmin edən kiberproqramlar və kiberhücumların izləri müəyyənləşdirilib”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]