Dubay dünya beynəlxalq gəmiçilik mərkəzlərinin ilk beşliyinə daxil edilib
Dubay, 29 iyul, AZƏRTAC
Dubay artıq ikinci ildir ki, ardıcıl olaraq “Sinxua-Baltiya” beynəlxalq gəmiçilik mərkəzlərinin inkişaf indeksində dünyanın ən yaxşı gəmiçilik mərkəzlərinin beşliyinə daxil edilir.
AZƏRTAC BƏƏ-nin “WAM” dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, indeks liman və gəmiçilik biznesi üzrə xidmətlər təklif edən dünyanın iri şəhərlərinin müstəqil səmərəlilik reytinqini əks etdirir.
Qeyd olunur ki, iri beynəlxalq gəmiçilik mərkəzlərinin ilk beşliyinə Sinqapur, Honkonq, London, Şanxay və Dubay daxildir.
“Sinxua-Baltiya” beynəlxalq gəmiçilik mərkəzlərinin inkişaf indeksini Çinin Sinxua dövlət informasiya agentliyi beynəlxalq yükdaşımaların təchizatçısı olan “Baltiyskaya birja” ilə birgə işləyib hazırlayıb. Hesabat obyektiv amillər, o cümlədən limanların buraxılış qabiliyyəti və imkanları, dəniz nəqliyyatının, həmçinin ümumi iş mühitinin dəstəklənməsi üzrə peşəkar xidmətlərin diapazonu və həcmi əsasında tərtib edilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]