Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dubay: Payızın yeni dəb tendensiyaları

Bakı, 21 sentyabr, AZƏRTAC

Artıq payız mövsümü başlayır. Bu isə o deməkdir ki, mülayim iqlimə malik ölkələrdə qızmar istilər öz yerini qısamüddətli “məxmər” mövsümünə verir. BƏƏ kimi isti iqlimi olan ölkələrdə isə əksinə, yazın ortalarına qədər davam edəcək turizm mövsümünün başlanmasına hazırlaşırlar. Məhz bu dövrdə Dubayda ən əlverişli hava şəraiti hökm sürür və bu, açıq havada gəzintidən tam həzz almağa imkan verir. Yayda qonaq qəbul etməyən Dubayda “Miracle Garden”, “Global Village”, “Dubai Safari Park” kimi bir çox məşhur attraksionlar fəaliyyətini bərpa edir. Məşhur Dubay Şopinq Festivalı da daxil olmaqla, irimiqyaslı tədbirlər və festivallar təşkil olunur. Bir sözlə, Əmirliklərdə həyat tam axarı ilə davam edir!

“Bürc Xəlifə” - səhra çiçəyi

Dubayın İqtisadiyyat və Turizm Departamentinin məlumatına görə, 2024-cü ilin birinci yarısında bu şəhərə səfər edən azərbaycanlı turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 62 faiz artıb. Mütəxəssislər Dubaya marağın belə kəskin artmasını, ilk növbədə, Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvi ilə əlaqələndirirlər. Təbii ki, eyni anda bir neçə hava daşıyıcısı tərəfindən həyata keçirilən ölkələr arasında qısa reysləri də nəzərdən qaçırmaq olmaz.

Amma Dubaya turist axını təkcə Azərbaycandan artmayıb. Əmirliyə gələn xarici səyahətçilərin sayı 2024-cü ilin birinci yarısında 9 faiz artıb.

Turistlərin Dubaya marağının durmadan artmasının əsas səbəblərindən biri bu şəhərin davamlı inkişafıdır. Əmirlik fəal şəkildə inkişaf edir, daim qonaqlara mənalı istirahət üçün daha çox imkanlar yaradır. Dubayda 2028-ci ilə qədər bütün möhtəşəmliyi ilə dünyaya təqdim etməyə söz verdikləri ikinci ən hündür qüllənin – “Bürc Əzizi”nin tikintisinə başlanılması xəbəri bunun bariz nümunəsidir. Bu qüllənin təməli artıq Şeyx Zayid yolunda, Dünya Ticarət Mərkəzi ilə üzbəüz qoyulub. Təxminən 1,5 milyard dollara başa gələcək “Bürc Əzizi”də mənzillər, otel, şaquli formada ticarət mərkəzi, restoranlar və Dubayın heyrətamiz mənzərələrini təqdim edən müşahidə göyərtəsi olacaq.

Əslində, hazırda rekordçu bina olan “Bürc Xəlifə” bütün bu şəraitə malikdir. Bu tikili dünyanın ən hündür qülləsi (828 metr), Dubayın ən çox ziyarət edilən attraksionlarından biri olaraq qalır. Uzun fasilədən sonra 456 metr yüksəklikdən ətrafda baş verən dəyişiklikləri qiymətləndirmək üçün qüllənin müşahidə göyərtəsinə baş çəkməyi qərara aldıq.

Yeri gəlmişkən, “Bürc Xəlifə” dünyanın ən çox fotoşəkil çəkilən obyektlərindən biridir. “Bürc Xəlifə” layihəsinin müəllifi, amerikalı memar Adrian Smitin onu yaradarkən bölgənin səhralarında rast gəlinən Himenokallis çiçəyi və ya hörümçək zanbağının gözəl formasından və nisbətlərindən ilham aldığını çox adam bilmir. Bu möhtəşəm tikilinin inşasında eyni vaxtda on iki min fəhlə çalışıb. Bu gün “Bürc Xəlifə” dünyanın ən hündür binası titulundan əlavə, daha bir neçə rekorda sahibdir. Beləliklə, o, dünyada ən çox mərtəbəyə (160 mərtəbəli) malik binadır, eyni zamanda, ən yüksək yaşayış mərtəbəsinə (570 metr), ən yüksək açıq müşahidə göyərtəsinə və ən uzun liftə malikdir. Məhz bu lift sizi 124-cü mərtəbədəki müşahidə göyərtəsinə aparacaq və saniyədə 10 metr sürətlə hərəkət edəcək.

Baxış terrası Dubayın 360 dərəcə heyrətamiz mənzərələrini təqdim edir. Bir tərəfdə Ərəb körfəzinin mavi sularını, digər tərəfdə səhranı görə bilərsiniz. Bu yüksəklikdən aydın olur ki, şəhərin mərkəzindəki göydələnlər Dubayın yalnız kiçik bir hissəsini tutur. Əsas ərazilər, alçaq, qum rəngli binaları olan yaşayış massivləri yüzlərlə metrə qədər uzanaraq, hələ tam inkişaf etdirilməmiş səhraya çevrilir. Bununla belə, Dubay sürətlə dəyişir: tikinti işləri gecə-gündüz davam edir. Təsəvvür etmək olar ki, 50 ildən sonra şəhərdəki göydələnlərin sayı üç dəfə olmasa da, azı iki dəfə artacaq. Daha sonra Gələcəyin Muzeyi adlanan başqa bir superdəbli attraksiona baş çəkərək, Dubayın yaxın gələcəkdə necə görkəm alacağını öyrənə bilərsiniz.

Gələcəyin Muzeyi - gələcəyə bir pəncərə

2071-ci ilə qədər dünyanın necə dəyişə biləcəyini nümayiş etdirmək üçün nəzərdə tutulmuş Gələcəyin Muzeyi haqqında reportajlarımızın birində sizə məlumat vermişdik. Bununla belə, muzeyə son səfərimizdən bəri onun kolleksiyası bir neçə təsiredici eksponatla tamamlanıb. Onlardan biri olan “kiberdoq” muzeyin foyesində qonaqları qarşılayır. Bu dörd ayaqlı robot foyedə sərbəst dolaşır, qonaqları salamlayır və onlarla ünsiyyət qurur.

ABŞ-ın texnologiya şirkəti “Boston Dynamics” tərəfindən hazırlanmış robot-it 360 dərəcə qavrayışı olan 3D görmə qabiliyyətinə malikdir və pilləkənlər də daxil olmaqla qeyri-bərabər səthlərdə tarazlıq yaratmaq üçün 17 oynaqdan istifadə edərək hərəkət edir. Robot sensorlar vasitəsilə ərazinin xəritəsini çıxarmaq və maneələrdən qaçmaq üçün məlumat bazasından istifadə edir. Bu, muzeydəki yeganə robot deyil. Burada, Gələcəyin Muzeyinin foyesində robot “Bob” da yorulmadan çalışır, qəhvə içmək istəyən ziyarətçilərin sifarişlərini yerinə yetirir. Balinalar, meduzalar və pinqvinlər qiyafəsində bir neçə səssiz robot-dron isə qonaqların başları üzərində dövrə vurur. Amma bu yaxınlarda muzeydə məskunlaşan “Ameka” adlı süni intellektli insanabənzər əsas robot diqqəti daha çox cəlb edir. Onun zəngin mimikaları və insanabənzər siması var. “Ameka” qonaqlarla əlaqə saxlaya, onların suallarını cavablandıra və hərəkətlərini izləyə bilər. Əgər yuxarıda qeyd olunan robotlar müəssisənin girişi pulsuz olan foyesində yerləşirsə, o zaman insanabənzər “Ameka” Gələcəyin Muzeyinin salonlarından birində quraşdırılıb və ona heyran olmaq üçün siz bilet almalı olacaqsınız.

Ziyarətçilər üçün gələcəyə səyahət liftə minməklə başlayır. Onun bütün perimetri boyunca displeylər quraşdırılıb, orada kabinə hərəkət edərkən, Yerdən 600 kilometr hündürlükdə olan kosmik stansiyaya səyahətin videogörüntüləri nümayiş etdirilir. Lift-stansiyaya toxunan kimi qapılar açılır və ziyarətçilər muzeylə tanışlığa 6-cı mərtəbədəki sərgidən başlayır, o, sonra tədricən mərtəbələr arasından enir. Muzeydə insanların digər planetlərdə necə koloniyalar yaradacağı haqqında öyrənə bilərsiniz. Yüzlərlə heyvan və bitki növünün qarşılıqlı əlaqəsini müşahidə etmək və adi gözlə görünməyən detalları görmək üçün Amazon tropik meşəsinin qarışıq reallıq rekreasiyasına qərq ola bilərsiniz. İşıqlandırılmış flakonlarda üçölçülü təsvirlər kimi görünən minlərlə növün DNT kitabxanasını da ziyarət etmək olar.

Ameka” robotunun quraşdırıldığı zalda yaxın gələcəkdə evlərin, avtomobillərin, uçan taksilərin, ekzoskeletlərin və bir çox digər texniki cihazların necə görünəcəyini müşahidə edə bilərsiniz. Gələcəyin Muzeyinin uşaqlar üçün nəzərdə tutulan xüsusi məkanını - “Gələcəyin Qəhrəmanları” zalını ayrıca qeyd etmək lazımdır. Oyunlar vasitəsilə buradakı gənc ziyarətçilər tənqidi təfəkkür, hazırcavablıq və ixtiraçılıq qabiliyyətlərini inkişaf etdirərək, gələcəkdə onlar üçün faydalı olacaq bacarıqlara yiyələnmək imkanı əldə edirlər.

Dəniz milli sərvətdir

Ötən il Dubaya 17 milyondan çox turist gəlib və bu rəqəm artmaqda davam edir. Qonaqların axınının davamlı çoxalması müxtəlif kateqoriyalı otellərin sayının artmasına təkan verir; hazırda Dubayda onların ümumi sayı artıq 830-u keçir. İstənilən səfər çox vaxt uyğun otel tapmaq və qonaq rəylərini oxumaqla başlayır. Fürsətdən istifadə edərək, müəyyən otellərlə tanışlıqla bağlı təəssüratlarımızı sizinlə bölüşməyə çalışırıq.

Bu dəfə avropalıların ləziz yeməklərlə, xüsusilə də qəhvə və dondurma ilə əlaqələndirdiyi İsveçrənin “Mövenpick” şəbəkəsinin brend oteli haqqında ətraflı məlumat almaq şansımız oldu. “Mövenpick Hotel Jumeirah Beach”də bu ənənəyə hörmətlə yanaşır və yemək anlayışına xüsusi diqqət yetirir. Canlı “The Walk” boyunca “Jumeirah Beach Residence”də yerləşən bu parlaq və müasir 5 ulduzlu otel Dubayda tam pansionat təklif edən azsaylı məkanlardan biridir. Otelin restoranları beynəlxalq mətbəxin inanılmaz çeşidini təklif edir. Belə ki, “Soul Restaurant”da gözəl Nyu-York mətbəxi ilə nahar edin, “The Talk”da müxtəlif bufetlərdən həzz alın və ya “West Beach Bistro & Sports Lounge”də məşq seansları arasında yemək yeyin. Siz, həmçinin “Falls Lobby Café-də Mövenpick”in məşhur qəhvəsi və dondurmasının dadına baxa bilərsiniz.

Kulinariya ləzzətlərinə əlavə olaraq, otel bir çox cazibədar istirahət imkanları təklif edir. Burada vanna otağı və dənizə və ya Dubay siluetinə qismən mənzərəsi olan balkonlu geniş otaqlar təklif olunur. Qonaqlar hovuzun kənarında günəş şüalarından faydalana və ya “Body Talk Spa”da cavanlaşa, müxtəlif rahatladıcı müalicələrdən həzz ala bilərlər. Fitnes həvəskarları ən müasir mərkəzdə məşqləri davam etdirə bilərlər. Yeri gəlmişkən, “Jumeirah Beach” sahili oteldən piyada məsafəsində yerləşir, bu isə mühümdür, çünki Əmirlikdəki dəniz istirahət edənlər üçün əsas cəzbedici amillərdən biridir.

Dənizdən bəhs edərkən sizə daha bir möhtəşəm layihə haqqında danışmaq istərdim. Dubayda artıq süni adalar var və tezliklə süni mərcan rifləri də peyda olacaq. “Dubai Reef” təşəbbüsü dünyanın ən böyük dəniz rifinin inkişafı layihəsidir. Təşəbbüs ətraf mühitə nəzarəti təşviq etmək üçün dörd il ərzində Dubay sularında yerləşdirilən 20,000 məqsədli rif modulunu təqdim edəcək. Dubay rifinin əsas amillərinə biomüxtəlifliyin artırılması, sahil və dəniz yaşayış mühitlərinin qorunması, balıq populyasiyalarının dəstəklənməsi və ekosistemin dayanıqlılığının artırılması daxildir. Layihə, həmçinin sosial-iqtisadi rifahın və ekoturizmin təşviqinə, eləcə də şəhərin dənizlə bağlı irsinin qorunmasına töhfə verəcək. Eyni zamanda, Dubay rifi turizmin inkişafına, şəhər sakinlərinə və qonaqlara müsbət sosial təsirinin artırılmasına yönəlmiş çoxsaylı təşəbbüslərdən sadəcə biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər