Dubayda keçirilən şahmat turnirinin qalibi müəyyən olunub
Bakı, 2 iyun, AZƏRTAC
Misirli qrossmeyster Bassem Amin 9 xaldan 8-ni toplayaraq Dubayda Birləşmiş Ərəb Əmirliklərinin mərhum prezidenti Zayed bin Sultan Al Nahyanın xatirəsinə həsr olunmuş şahmat turnirində qalib olub.
AZƏRTAC xəbər verir ki, moldavan Viorel İordakesku misirli qrossmeysterlə eyni sayda xal toplayıb, İspaniya təmsilçisi Viktor Moskalenko ondan yarım xal geri qalıb.
Bu yarışda Azərbaycanı beynəlxalq qrossmeyster Elmar Məhərrəmov təmsil edib. O, 6,5 xal toplayaraq 9-cu yeri tutub. Aktivində 4 qələbə və 5 heç-heçə oyun var.
Dubay turnirində 25 ölkədən 135 şahmatçı, o cümlədən on qrossmeyster iştirak edib. İsveçrə sistemi üzrə keçirilmiş turnir 9 turdan ibarət olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]