Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya azərbaycanlılarına ünvanlanan tarixi mesaj

Dünya azərbaycanlılarına ünvanlanan tarixi mesaj

Bakı, 7 fevral, AZƏRTAC

Dünya siyasətində baş verənlər göstərir ki, böyük güclərin qarşıdurmasında soyuq və isti müharibəni bir-birindən ayıran xətt çox xəfifdir. Tətbiq olunan iqtisadi sanksiyalar, informasiya məkanının məqsədli şəkildə yönləndirilməsi, qarşılıqlı kompromat və dezinformasiya savaşında feyk məlumatlardan xüsusi fəallıqla istifadə olunması, dünya liderlərinin bir-birilərinin ünvanına ictimai surətdə işlətdikləri və diplomatiyanın ənənəvi leksikonuna yad olan ağır ifadələr məhz soyuq müharibənin təzahürüdür. Aydın şəkildə görünən həm də odur ki, təsir və nüfuz uğrunda gedən bu savaşda başqa dövlətlərin əraziləri platsdarm qismində seçilir. Tarixən belə olub, indi də belədir. Fərq ondadır ki, maraqların toqquşma ünvanı Yaxın Şərq, müsəlman ölkələrindən artıq Qərbə - Avropaya transfer olunub. Zatən, Şərqdə dağıdılan dağıdılıb, parçalanması nəzərdə tutulan ölkələr parçalanıb, böyük güclərin iqtisadi və siyasi təsir dairələri öz aralarında bölüşdürülüb. İndi hədəfdə Ukraynadır, onun ərazi bütövlüyünə yönələn təhlükələr dünyanın gündəmindədir. Son 30 ildə ölkəmizin qarşısında dayanan əsas vəzifə torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı, həm də o idi ki, bu yolda Azərbaycan böyük güclərin açıq toqquşma məkanına çevrilməsin, Ukraynanın aqibəti ilə üzləşməsin. Qarabağ, torpaq həsrətimizin bu qədər uzun sürməsinin səbəblərindən biri də bu idi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda səsləndirdiyi fikirlər ölkə hakimiyyətinin həllinə nail olduğu bu vəzifənin mürəkkəbliyindən, təhlükələrin ciddiliyindən kifayət qədər xəbər verir: “Bu siyasətin mənbələri dəyişə bilər, bu, dünyada geosiyasi vəziyyətə bağlıdır, bəzi güc mərkəzləri güclənir, bəzilər zəifləyir. Ancaq sözün düzü, mən onların arasında niyyət nöqteyi-nəzərindən böyük fərq görmürəm və mənim iş təcrübəm bunu deməyə əsas verir... Daha mən xırdalamaq istəmirəm, hər kəs başa düşür mən nəyi nəzərdə tuturam. Nəticə etibarilə nə oldu? Ölkələr faktiki olaraq öz müstəqilliyini itirdilər”.

Ü.Quliyev deyib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər həm də bu səbəbdən son iki yüz illik tariximizin böyük Qələbəsi hesab olunur. Prezidentlə xalqımızın niyyət birliyi, ortaya qoyulan siyasi iradə və fədakarlıq sayəsində həm tarixi ədalət bərpa edildi, həm də müstəqilliyimizə yarana biləcək təhlükələrin, məkrli siyasi konfiqurasiya cəhdlərinin qarşısı alındı. Müharibədən ötən dövr göstərir ki, ermənipərəst dairələrin siyasi oyunbazlığına və riyakarlığına baxmayaraq, ölkəmizin bölgədə yaratdığı yeni reallıq dünyanın aparıcı dövlətləri tərəfindən qəbul olunmaqdadır. Sözsüz ki, bu reallığı dəyişmək meyilləri tam ötüşməyib, erməni havadarlarından bəzilərinin belə niyyəti hələ də qalır. Lakin Azərbaycan Prezidentinin ümummilli maraqlarımızın qorunmasına xidmət edən praqmatik siyasəti artıq öz sözünü deməkdə və ölkəmiz üçün gərəkli olan nəticələrini verməkdədir. Prezident İlham Əliyevin yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa olunacaq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Gülüstan sarayında keçirilən təməlqoyma mərasimindəki bu açıqlaması yürüdülən praqmatik siyasətin məqsədlərinə də aydınlıq gətirir: “Çünki bu, bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil”.

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin fevralın 4-də Bakıda keçirilən VIII toplantısı da göstərdi ki, dövlətimizin başçısı tərəfindən müəyyən olunmuş iqtisadi strategiya iqtisadi müstəqilliyimizin daha da möhkəmlənməsinə hesablanıb. Dəyəri 33 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizi artıq Avropanın enerji təhlükəsizliyində xüsusi çəkiyə və təsir gücünə malikdir. Bir zamanlar xarici təzyiq və müdaxilələr nəticəsində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə vəsait ayırmaqdan çəkinən beynəlxalq maliyyə institutlarının əksəriyyəti Cənub Qaz Dəhlizinə fərqli münasibət göstərdilər, yekdilliklə ona dəstək verdilər. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı layihənin reallaşması üçün imkanlarını bu dəfə əsirgəmədilər. Çünki dünyanın aparıcı ölkələri və beynəlxalq qurumlar layihənin iqtisadi rentabelliyini və strateji əhəmiyyətini nəzərə almaqla yanaşı, Azərbaycan hakimiyyətinin müstəqil siyasət yürütdüyünə və etibarlı tərəfdaş olduğuna ötən illər ərzində əmin oldular. Prezident İlham Əliyevin bu açıqlaması da ölkəmizin nail olduğu siyasi mənzərənin reallığını əks etdirir: “Biz neft ixracatına 2006-cı ildən başlamışıq, artıq uzun illərdir. Təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi gündəm yox idi. Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. İndi isə mən qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara baxanda görürəm ki, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Çünki biz hasilatı artırmağı planlaşdırırıq”. Prezident İlham Əliyev müəllifi olduğu praqmatik siyasətdən danışarkən, məhz bu addımları, belə iqtisadi layihələri nəzərdə tutur. Qalib Azərbaycanın bölgədə yaratdığı yeni reallıq xarici tərəfdaşlar tərəfindən artıq həssaslıqla qarşılanır və daha çox nəzərə alınır. Təsadüfi deyil ki, cəmi bir neçə ay əvvəl ölkəmizə Ermənistandan 20 dəfə az maliyyə vəsaiti ayırmağı planlaşdıran Avropa Komissiyasının enerji məsələləri üzrə komissarları Bakıdakı toplantıda bəyan etdilər ki, qərarlarında zəruri dəyişiklik ediblər və Azərbaycana ayıracaqları vəsaitin həcmini iki milyarda qədər artırıblar. Beynəlxalq aktorlar tərəfindən ölkəmizin geoiqtisadi, geosiyasi layihələrdə artmaqda olan rolu və nüfuzu ilə getdikcə daha çox hesablaşılması bu qərar dəyişikliyinin özündə də açıq-aydın görünür”, - deyə deputat qeyd edib.

Ülvi Quliyev diqqətə çatdırıb ki, dövlətlərini qura bilmiş bütün xalqlar üçün əsas və mürəkkəb vəzifələrdən biri müstəqilliklərinin əbədi olması və onun mümkün təhlükələrdən etibarlı şəkildə qorunmasıdır. Azərbaycan hakimiyyətinin və xalqımızın sadiq olduğu ali dəyərlərdən biri də məhz budur. Ötən il iyunun 15-də Prezident İlham Əliyevlə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə imzaladıqları tarixi Şuşa Bəyannaməsinin iki ölkənin parlamentində ratifikasiyaya çıxarılması bu hədəfə xidmət edən ciddi siyasi hadisədir. Bununla yanaşı, tarixi Zəfərimiz sübut etdi ki, müstəqilliyimizin əbədi və təhlükəsizliyimizin dayanıqlı olmasında daxili birliyimizin, həmrəyliyimizin əhəmiyyəti danılmazdır. Xarici təhdidlərin, erməni havadarlarının və ermənipərəst dairələrin qarşısında ən güclü sipərimiz məhz nail olduğumuz tarixi birliyimizdir. Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında söylədiyi bu fikir həm də bu mənada xüsusi əhəmiyyətə malikdir və erməni təəssübkeşlərinə ciddi mesajdır: “Biz çox şadıq ki, 2020-ci ilin sonuncu günü - dekabrın 31-də, - yeri gəlmişkən, bu, Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür, - azərbaycanlılar üçün mühüm olan bu gündə biz Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin tamamlanması haqqında məlumat verdik”.

Bu, həm də cəmiyyətimizə və bütün dünya azərbaycanlılarına ünvanlanan, daim xidmət göstərməli olduğumuz tarixi mesajdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir