DÜNYA BANKI XƏBƏRDARLIQ EDİR
Sənədi hazırlayanların proqnozlarına görə, 2050-ci ildə planetimizdə əhalinin sayı 9 milyard nəfər (indi 6 milyard adam) təşkil edəcək, özü də əhalinin artımı, əsasən, geridə qalmış ölkələrin hesabına olacaqdır. Məsələn, 50 yoxsul ölkənin əhalisi 2 dəfə artacaqdır. DB ekspertlərinin fikrincə, bu dövlətlərlə müqayisədə zəngin ölkələrdə tibbi ehtiyaclara elə indinin özündə orta hesabla 100 dəfə çox pul xərclənir.
Onlar xəbərdarlıq edirlər ki, vəziyyəti real surətdə yaxşılaşdırmaq üçün inkişaf etməkdə olan ölkələrə hər il indikindən 70 milyard dollar çox vəsait ayrılmalıdır.
Ekspetrlər onu da vurğulamışlar ki, söhbət təkcə qabaqcıl ölkələrin yardımının artırılmasından deyil, həm də bu yardımı alanların sosial siyasətinin dəyişdirilməsindən gedir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]