Dünya çempionatı: Azərbaycan komandası finala yüksəlib
Bakı, 28 avqust, AZƏRTAC
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatının komanda yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, mötəbər turnirdə Azərbaycan komandası uğurla çıxış edərək finala yüksəlib. Belə ki, ilk qarşılaşmada meydan sahiblərini 4:1 hesabı ilə məğlub edən yığmamız dörddəbir finalda Kanada cüdoçularına 4:2 hesabı ilə qalib gəlib. Yarımfinalda Ukrayna komandasını da məğlub edən Azərbaycan millisi finala yüksəlib.
Qeyd edək ki, çempionatın fərdi yarışlarını Azərbaycan komandası üç medalla başa vurub.
Yığmamızın üzvləri Şahin Oruczadə (55 kq) gümüş, Nizami İmranov (60 kq), Aydan Vəliyeva (48 kq) isə bürünc medal qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]