DÜNYA ÇEMPİONATINDA AZƏRBAYCANI TƏMSİL EDƏCƏK GÜLƏŞÇİLƏRİN ADLARI MƏLUMDUR
Məşqçi Elçin Cəfərov yunan-Roma güləşi üzrə milli yığma komandanın heyətinə Rövşən Bayramovu (55 kq), Vitali Rəhimovu (60 kq), Elbrus Məmmədovu (66 kq) və İlqar Abdulovu (74 kq) cəlb etmişdir. Komanda hazırda Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında məşq edir.
Sərbəst güləşçilər yarışlara məşqçi Aslan Ağayevin rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində hazırlaşırlar. Komandanın heyətinə Namiq Abdullayev (55 kq), Abil İbrahimov (60 kq), Elman Əsgərov (66 kq), Elnur Aslanov (74 kq), Eldar Atakişiyev (96 kq), Xızar Durqayev (120 kq) daxildir.
Yarışları idarə edənlər arasında Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Hicran Şərifov və Qərib Əliyev də olacaqlar.
Çempionatla eyni vaxtda həmin şəhərdə Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının konqresi keçiriləcəkdir. Tədbirdə Azərbaycan Güləş Federasiyasının prezidenti Abbas Abbasov, birinci vitse-prezident Cavanşir Qurbanov, İcraiyyə Komitəsinin üzvü Aydın Abbasov da iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [23:11]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]