DÜNYA
Dünya çempionatının ilk həftəsində Qətərə 7 mindən çox aviareys həyata keçirilib
Qahirə, 3 dekabr, AZƏRTAC
Qətər Dövlətinin Mülki Aviasiya Baş İdarəsi FIFA Dünya Kubokunun ilk həftəsində 7 mindən çox uçuşun qeydə alındığını açıqlayıb.
AZƏRTAC QNA agentliyinə istinadla xəbər verir ki, turnirin başlanmasından bəri Həmad və Doha beynəlxalq hava limanlarında aviareyslərin sayında böyük artım olub. Bir çox Körfəz ölkələrinin aviaşirkətləri və bütün dünyadan qəbul edilən təyyarələrlə yanaşı, Qətərin daxilində də turizm məqsədli aviareyslər açılıb. Almaniyanın “Lufthansa”, habelə Cənubi Amerika və Afrikadan olan aviaşirkətlərlə bərabər, Qətərin böyük “Qatar Airways” kompaniyası da əlavə uçuşlar həyata keçirib.
“Qətər Dövləti bütün aviareyslərin təhlükəsizliyinin təmin edilməsi və uçuşların dəqiq qrafik üzrə həyata keçirilməsi məqsədilə zəruri tədbirlər görüb”, - Baş idarənin məlumatında qeyd olunub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]