Dünya kuboku: Vasif Durarbəyli növbəti mərhələyə vəsiqə qazanıb
Bakı, 13 iyul, AZƏRTAC
Rusiyanın Soçi şəhərində şahmat üzrə dünya kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın 7 şahmatçısının qatıldığı yarışın ikinci günündə 4 şahmatçımız - Vasif Durarbəyli, Türkan Məmmədyarova, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva cavab oyunlarında mübarizə aparıblar. Yüz iyirmi səkkizdəbir final mərhələsində mübarizəyə qoşulan Vasif Durarbəyli Finlandiyanı təmsil edən Dmitri Sklyarovu cavab oyununda məğlub edib. Yekun nəticəyə görə, 1,5:0,5 hesabla rəqibi üzərində qələbə qazanan şahmatçımız növbəti mərhələyə vəsiqə qazanıb.
Qadınların yarışında isə altmış dörddəbir finalda Gülnar Məmmədova cavab oyununda estoniyalı Mai Narvaya məğlub olub. Hesab 1:1 olduğundan şahmatçımız tay-brekdə mübarizə aparacaq.
Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva isə yarışda mübarizəni dayandırıblar. Belə ki, Türkan Məmmədyarova kubalı Tereza Ordaz Valdez ilə heç-heçə etsə də, cavab oyununda ona məğlub olub. Ülviyyə Fətəliyeva isə rəqibi hindistanlı Raut Padminiyə birinci partiyada olduğu kimi, cavab oyununda da uduzub.
Xatırladaq ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]
UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]