“DÜNYA SAĞLAMLIQ GÜNÜ” QEYD OLUNMUŞDUR
“Dünya Sağlamlıq Günü” ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sağlamlıq şöbəsinin işçiləri aprelin 7-də Bakı Slavyan Universitetində “Sağlam həyat tərzi” mövzusunda seminar keçirmişdir.
Cəmiyyətdən AZƏRTAC-a bildirmişlər ki, seminarda müxtəlif xəstəliklərə dair video-çarxlar nümayiş etdirilmiş, debatlar təşkil olunmuşdur.
Tədbirdə Slavyan Universitetinin tələbələri və Qızıl Aypara Cəmiyyətinin “Qan donorluğu” proqramı çərçivəsində fəaliyyət göstərən könüllüləri iştirak etmişlər.