DÜNYA SƏHİYYƏ TƏŞKİLATI QUŞ QRİPİNİN İNSANDAN-İNSANA KEÇƏ BİLƏCƏYİNDƏN EHTİYATLANIR
Beynəlxalq ekspertlər qrupu ailənin yaşadığı bölgədə quşların qripə yoluxma faktını aşkarlamamışdır. Ona görə də ailənin 6 üzvünün ilk yoluxanla təmasdan sonra xəstələndiyi qorxusu yaranmışdır. Mütəxəssislər ailə üzvlərinin əksəriyyətinin xəstə quşdan yoluxmaması ehtimalını hələlik təsdiq etmirlər. Onlar əvvəlkitək yoluxma mənbəyini axtarırlar. DST bundan əvvəl virusun mutasiyaya uğrayaraq insandan-insana ötürüləcəyindən ehtiyatlanırdı, lakin həmin ailənin üzvlərindən götürülən analizin nəticələri virusun əsaslı mutasiyaya məruz qaldığını göstərməmişdir. Xəstələnmiş yeddi ailə üzvündən altısı ölmüşdür.
Xatırladaq ki, Vyetnam, Tailand, İndoneziya, Kamboca, Çin, Türkiyə, İraq, Azərbaycan və Misirdə təxminən 200 adam bu bəlaya düçar olmuş, 115 nəfəri dünyasını dəyişmişdir. Quş qripi virusu ümumən 54 ölkədə qeydə alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]