Dünyada koronavirusa yoluxanların sayı 8 milyon nəfəri ötüb
Bakı, 16 iyun, AZƏRTAC
Son sutka ərzində dünyada koronavirus infeksiyasına yoluxanların sayı 124 min 600 nəfər artıb.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ötən gün COVID-19 xəstəliyindən 3 min 415 nəfər həyatını itirib.
Saytın Bakı vaxtı ilə bu gün saat 12:50-yə olan məlumatına əsasən, dünyada koronavirusa yoluxanların sayı 8 milyon 128 min 606 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 439 min 428 nəfərə çatıb. Eyni zamanda, 4 milyon 243 mindən çox insan COVID-19 xəstəliyindən sağalıb. Hazırda müalicəsi davam edən 3 milyon 446 min 23 xəstədən 54 min 574-nün vəziyyəti ağır qiymətləndirilir.
ABŞ-da koronavirusa yoluxanların sayı 2 milyon 183 min nəfərə yaxınlaşır. Bu göstəriciyə görə sonrakı yerlərdə Braziliya (891 min 556), Rusiya (545 min 458), Hindistan (343 min 91), Böyük Britaniya (296 min 857), İspaniya (291 min 189) və İtaliya (237 min 290) gəlir.
Birləşmiş Ştatlar COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir - 118 min 283 nəfər. İlk beşliyə daxil olan Braziliyada 44 min 118, Birləşmiş Krallıqda 41 min 736, İtaliyada 34 min 371, Fransada isə 29 min 436 nəfər koronavirus səbəbindən vəfat edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]