Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyanı çaşdırmaq cəhdi: Sarkisyanın yeni spekulyasiyaları

Dünyanı çaşdırmaq cəhdi: Sarkisyanın yeni spekulyasiyaları

Ermənistan rəhbərliyi çətin vəziyyətə düşüb. Ölkə daxilində sosial-siyasi durum getdikcə daha da ağırlaşır. Cənubi Qafqaza yaxın regionlarda cərəyan edən geosiyasi proseslərin yaratdığı gərginlik erməni siyasətçilərinə əlavə narahatlıq gətirir. Bunlara Azərbaycan Ordusunun apreldə Dağlıq Qarabağda erməni mövqelərinə endirdiyi ağır zərbələr də əlavə olunub. Bu hadisədən sonra İrəvan necə hərəkət etməyi, demək olar ki, müəyyənləşdirə bilmir. O, əsas olaraq xaricdə havadarlıq edən dairələrə şikayətlənir, onlardan kömək umur. Prezidentlərin Sankt-Peterburq görüşü də göstərdi ki, Azərbaycan tutduğu mövqedən çəkilməyəcək. Ermənistan işğal etdiyi ərazilərdən silahlı qüvvələrini çəkməlidir. Bunların fonunda Serj Sarkisyan "Reuters" agentliyinə müsahibə verərək, özünü xilas etmək üçün yeni yalanlar uydurub. Onun dedikləri nə qədər aciz duruma düşdüyünü göstərir.

Zərbədən sonra: siyasi çaşqınlıq əlamətləri

Məlum aprel döyüşlərindən sonra aydın oldu ki, Serj Sarkisyan siyasi karyerasının ən böhranlı anlarını yaşayır. Müxalifət onun hakimiyyətdən getməsi üçün əlindən gələni edir. Dağlıq Qarabağ məsələsində Azərbaycanın əldə etdiyi uğurların təsiri altında S.Sarkisyanın nüfuzunu itirməsi açıq görünür. Buna görədir ki, son aylar hakim Respublika Partiyası fəaliyyətini daha da genişləndirərək iqtidarda qalmaq üçün müxtəlif addımlar atır. Ermənistan cəmiyyəti bunun fərqindədir. S.Sarkisyanın özü də gizlətmir ki, 2017-ci il parlament seçkisində siyasi taleyi həll olunur. O, "Reuters" informasiya agentliyinə verdiyi müsahibədə deyib ki, "parlament seçkisində Ermənistan Respublika Partiyası uduzsa, mənim siyasətdə heç bir işim yoxdur" (bax: Серж Саргсян: "В случае поражения РПА на выборах мне нечего будет делать в политике" - Reuters / "Аравот", 28 iyun 2016).

Ermənistan dövlət başçısının hakimiyyətdə qalmaq məsələsinə toxunması təsadüfi görünmür. Bu, onun siyasi reytinqinin aşağı düşməsi ilə əlaqəlidir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda rəsmi İrəvanın mövqeyinin xeyli zəifləməsi erməni cəmiyyətində prezidentə olan inamı heçə endirib. S.Sarkisyan da adəti üzrə bu prosesə siyasi riyakarlığı ilə reaksiya verməkdədir.

Bu məsələ yalnız nəyin bahasına olur-olsun hakimiyyəti saxlamaq cəhdləri ilə məhdudlaşmır. Ermənistan rəhbəri qonşu dövlətlərə, ilk növbədə Azərbaycan və Türkiyəyə qarşı qərəzli fikirlər söyləyir. "Reuters"ə müsahibəsində bununla bağlı bir neçə böhtan xarakterli cümlələr işlədib. S.Sarkisyan yenə də Azərbaycanı ittiham etməyə çalışıb. O, "öz beynəlxalq öhdəliklərini yerinə yetirməyən bir ölkə ilə kompromisə necə getməyin mümkün olduğunu insanlar başa düşmür", - deyə böyük bir yalan ifadə edib (bax: Саргсян: Люди не понимают, как идти на компромисс со страной, не выполняющей свои обязательства / "Panarmenian.net", 25 iyun 2016).

Görəsən, Azərbaycan hansı beynəlxalq öhdəliyə əməl etməyib? Əgər, S.Sarkisyan aprel döyüşlərini nəzərdə tutursa, təxribat Ermənistan tərəfdən olub və Azərbaycan yalnız cavab tədbirləri görüb. Müsahibədə erməni lider məhz aprel savaşında Ordumuzun uğurunu nəzərdə tutaraq Bakını günahlandırmağa cəhd edib. Bu, onu göstərir ki, Ermənistan prezidenti üçün heç bir siyasi etiket və ədalətlilik ölçüsü yoxdur. O, erməni ordusunun aldığı ağır zərbəni ört-basdır etmək üçün siyasi ibarələrdən və əsassız arqumentlərdən yararlanmağa çalışır. Bütün dərdi ondan ibarətdir ki, bundan sonra Azərbaycan Ordusunun hərbi əməliyyatlar keçirməsinə Ermənistana havadarlıq edən ölkələr icazə verməsin.

Burada başqa səbəb yoxdur. Rəsmi İrəvan yaxşı bilir ki, zəbt etdiyi Azərbaycan torpaqlarından erməni silahlı qüvvələri gec və ya tez qovulacaq. Bunun qarşısını yalnız dünyanın böyük dövlətləri ala bilər. Yeri gəlmişkən, onlar da faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasının tərəfdarıdırlar. Deməli, yeganə əlac şər-böhtan atıb, Azərbaycanın aqressiv obrazını yaratmaq və erməniləri "qırılmaqdan" qurtarmaq üçün xristian dünyasına yalvarmaqdadır. Bunu Roma Papasının İrəvana səfəri zamanı da aydın gördük.

Seçim məqamı: karyera, yoxsa ədalətli mövqe?

Belə görünür ki, S.Sarkisyan siyasətdə naşı adam kimi diplomatiya ilə yalvarmağı qarışıq salıb. O, qəmli duruşu ilə özünün yazıq obrazını yaradıb, Qərb dövlətlərində özünə himayə axtarır. Bunda, əslində, İrəvanın havadarları günahkardır. Çünki onlar indiyədək ermənilərin haqsız mövqeyini gizli və dolayısı ilə müdafiə edib, onların vəhşiliklərinə və qonşularına olan iddialarına haqq qazandırıblar.

Məsələn, Vatikan "ilk xristian dövlətinə səyahət" ifadəsini işlədirsə, faktiki olaraq Azərbaycan torpaqları üzərində süni yaradılmış Ermənistanın düz yolda olduğunu bəyan edir. Tarixdən yaxşı məlumdur ki, Roma Papasının "ilk xristian dövləti" adlandırdığı ərazi başdan-ayağa türk-müsəlman mədəniyyəti ilə zəngindir. Orada xristianlığa aid real bir mədəni dəlil yox dərəcəsindədir. Yer adları, mədəniyyət abidələri, dövlətçiliklə bağlı baş verən hadisələr və digər faktlar indi Ermənistan adlandırılan yerlərdə Azərbaycan dövlətçilik ruhunun mövcudluğunu tam sübut edir. Deməli, Roma Papası da tarixi təhrif edir, işğalçıya haqq qazandırır.

S.Sarkisyan bu kimi hadisələrdən ruhlanaraq "Reuters" agentliyinə çəkinmədən bildirir ki, uydurma "erməni soyqırımı"nı bundan sonra daha çox ölkələr tanıyacaq (bax: Позиция Папы Римского проложит путь для признания Геноцида армян другими нациями - Серж Саргсян / "Tert.am", 27 iyun 2016). Şübhəsiz ki, bu cür davranışlar regionda və dünyada sülhün bərqərar olmasına xidmət etmir. Bunu təcrübə göstərir və Avropa siyasətçi və din xadimlərinin yanlış yolda olduğunu zaman özü təsdiqləyəcək. Azərbaycan və Türkiyənin qonşularına qarşı hər hansı utandırıcı hərəkəti olmayıb. Əksinə, ilk növbədə ermənilər qərəzli, təcavüzkar və işğalçı siyasət mənbəyi olublar.

Həm də bu səbəbdəndir ki, erməni siyasətçilər başqasını şərləməyə çalışıblar. S.Sarkisyan da Azərbaycanı atəşkəsi pozmaqda ittiham etməklə real vəziyyəti gizlədir. Fakt ondan ibarətdir ki, Ermənistan ordusu Azərbaycan torpaqlarını işğal edib və buradan çıxmaq istəmir. Vəziyyəti dəyişməz saxlamaqla İrəvan vaxt qazanır, münaqişəni qeyri-müəyyənliyə doğru sürükləyir.

Azərbaycan isə, təbii ki, bununla razılaşa bilməz. Bakı torpaqları işğaldan azad etmək üçün BMT Nizamnaməsində nəzərdə tutulan bütün hüquqi vasitələrdən istifadə edə bilər. Xatırladaq ki, orada təcavüzkarın hərbi güc vasitəsi ilə yerində oturdulması ilə bağlı bənd də vardır. Hətta bu işdə beynəlxalq birlik təcavüz qurbanına yardım da etməlidir.

Bu səbəblərə görə, Azərbaycan Prezidenti İlham Əliyevin öz Twitter səhifəsində aprel hadisələrinin Ermənistan və vasitəçilər üçün siqnal olması barədə yazması çox məntiqlidir. Ermənistan bilməlidir ki, Azərbaycan rəhbərliyi mövqeyindən dönməyəcək, Ordu isə istənilən zaman torpaqların azad edilməsinə başlaya bilər. Azərbaycan Prezidentinin dediyi sözə əməl etdiyini yaxşı bilən ermənilər bundan təşvişə düşüblər.

Görünür, S.Sarkisyan da narahatlığını gizlədə bilmir. O, adıçəkilən müsahibədə öz siyasi karyerasını Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlayıb. Erməni lider Devid Kemeronu misal göstərərək, "gözləyək, hadisələr hansı istiqamətdə inkişaf edəcək", - deyib (bax:Reuters: Президент Армении увязал свою политическую карьеру с урегулированием карабахского вопроса / "Panarmenian.net", 28 iyun 2016). Deməli, Ermənistan prezidenti Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyini istisna etmir. Bunun üzərindən siyasi spekulyasiyalar etməsinin nə fayda verəcəyi məlum deyil.

S.Sarkisyanın yalan danışmaqda və ictimaiyyəti çaşdırmaqda davam etməsi gözlənilən haldır. Çünki insanın xasiyyəti sürətlə dəyişmir. Xüsusilə siyasətə yalanla gələn adamların sonradan ədalətli olması olduqca çətindir. Lakin bütövlükdə erməni xalqını bu adamın məhvə doğru apardığı şübhə doğurmur. Region üçün də təhlükələr meydana gəlir. Bunu Cənubi Qafqaz xalqları görürlər. Yaxşı olardı ki, erməni təcavüzünü görməzdən gələn və rəsmi İrəvana müxtəlif bəhanələrlə yardım edən havadarlar da, nəhayət, görməyə başlasınlar, öz vicdanlarının səsinə qulaq assınlar. Axı, Sokrat Qərb filosofu kimi vicdanın səsini dinləməyi çox vacib sayırdı?!

Newtimes.az 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib