DÜNYANIN ƏN QƏDİM MEHMANXANASI
Bakı, 21 aprel (AZƏRTAC). Yaponiyadakı “Xoşi Riokan” mehmanxanası dünyada ən qədim müəssisə hesab olunmuşdur. Əvvəllər bu titulu 578-ci ildə əsası qoyulmuş Konqoqumi şirkəti daşıyırdı. Lakin bu şirkət digər bir müəssisə tərəfindən udularaq titulunu əldən vermişdir. Bundan sonra 717-ci ildə tikilmiş “Xoşi Riokan” dünyanın ən qədim mehmanxanası kimi turistlərin diqqətini özünə cəlb etməyə başlamışdır.
Artıq 1300 ildir ki, bu mehmanxananı bir ailə idarə edir. İndiki idarəedicilər həmin ailənin 46-cı nəslidir. Burada indiyədək qədim ənənələrə ehtiram göstərilir-sakinlər üçün çay mərasimləri təşkil edilir, onlara hətta qışda da isti qalan açıq səma altındakı qaynar bulaqlarda çimmək təklif olunur.
Qeyd edək ki, qədim “Xoşi Riokan”da gecələmək 350 dollara başa gəlir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]