Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyanın nüfuzlu şirkətləri ilə əməkdaşlıq Azərbaycanın iqtisadi inkişafını sürətləndirir

Dünyanın nüfuzlu şirkətləri ilə əməkdaşlıq Azərbaycanın iqtisadi inkişafını sürətləndirir

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 16-dan başlayaraq İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun “Parçalanmış dünyada əməkdaşlıq” mövzusunda keçirilən 53-cü iclasında Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin Almaniya Kansleri Olaf Şolz, Niderlandın Baş naziri Mark Rutte, eləcə də BMT-nin Baş katibi Antonio Quterreş, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, NATO-nun Baş katibi Yens Stoltenberq olmaqla, ümumilikdə 150-dən çox ölkədən 3 minə yaxın qonaq - hökumət və dövlət başçıları, iri sənaye korporasiyalarının və iqtisadi birliklərin rəhbərləri iştirak edirlər.

Politoloq Amid Əliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, builki Davos Forumu dünyada iki əsas hadisə- COVID-19-dan sonrakı dünya və Ukrayna-Rusiya müharibəsi fonunda yaranmış iqtisadi çətinliklər ətrafında daha çox fokuslanmış olacaq.

Bunun heç də təsadüfi olmadığını deyən politoloq qeyd edib ki, hər iki hadisə dünya iqtisadiyyatının müxtəlif sahələrinə nəzərəçarpacaq dərəcədə təsirlər edib. Eləcə də bu vəziyyətin davam etdiyi iki ilə yaxın müddət ərzində yeni biznes sahələri və iqtisadiyyatın əməkdaşlıq formaları təzahür edib. Ənənəvi iqtisadi əməkdaşlıq daha çox çevik və optimal olan və yeni çağırışlara cavab verə bilən iqtisadi münasibətlər sistemi ilə əvəzlənib.

“Əvvəlki Forumlardan fərqli olaraq builki Forumda Azərbaycanın iştirakı vacib və daha əhəmiyyətlidir. İkinci Qarabağ müharibəsində əldə edilən Qələbədən sonra Azərbaycan bölgədə yeni siyasi və eyni zamanda, iqtisadi reallıq yaradıb. Qarabağ iqtisadi rayonunda yeni iqtisadi modellərin yaradılması demək olar ki, dünyanın bir sıra iqtisadi mərkəzlərinin diqqətini cəlb edə bilib. “Ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyası, yeni yaşıl enerji mənbələrinin qurulması, müasir tendensiyalara uyğun idarəetmə prinsiplərinin tətbiqi və liberal iqtisadi qanunvericiliyin implementasiyası kimi vacib elementlər Azərbaycanın bu Forumda zəruri tərəfdaş qismində iştirakını təmin edir. Son iki il ərzində Azərbaycan tərəfindən həyata keçirilən enerji diplomatiyası isə Azərbaycanın regional və beynəlxalq səviyyədə etibarlı tərəfdaş olmasını bir daha sübut etdi. Bu, eyni zamanda, Azərbaycan üçün siyasi dividendlərin əldə edilməsinə yönəlmiş xarici siyasət kursudur. Yaddan çıxarmaq lazım deyil ki, Davos Forumu iqtisadi platforma olmaqla yanaşı, siyasi diskussiyaların aparılması və dividendlərin əldə edilməsi baxımından da vacib bir əməkdaşlıq platformasıdır. Məhz bu səbəbdən Davos Forumunda iştirak qarşılıqlı olaraq iqtisadi-siyasi münasibətlərin yeni mərhələsini müəyyən etmək üçün əhəmiyyətlidir”,- deyə Amid Əliyev vurğulayıb.

Onun fikirlərinə görə, Azərbaycan iqtisadiyyatının bütün sahələri üzrə göstəricilərinin son illər ərzində artması təbii ki, bu Forum daxilində iştirak edən iqtisadi, nəqliyyat və beyin mərkəzləri üçün olduqca cəlbedicidir. Bu göstəricilər son yarım il ərzində Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın aktuallığını bir daha ortaya qoydu. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycan məhz bu müharibə nəticəsində iqtisadi rentabelliyini itirmiş ənənəvi marşrutları uğurla əvəzləmək iqtidarına malikdir. Ölkəmiz həm də tranzit ölkə kimi, hava, dəniz, dəmiryolu və avtomobil daşımalarında mühüm aktor kimi çıxış edir. Çindən Avropaya qədər uzanan ticarət yolunun ən optimal variantı məhz Azərbaycan üzərindən keçir. Zəngəzur dəhlizinin açılması ilə bu optimallıq, eyni zamanda, iqtisadi dividendlərin artması ilə sintez olunacaq. Şərqi Zəngəzur iqtisadi rayonunda yeni nəqliyyat qovşağının yaradılması isə bu istiqamətdə daşınan yüklərin daha tez və iqtisadi cəhətdən sərfəli olmasını sığortalamış olacaq.

Politoloq deyib: “Son bir il ərzində Avropa və Orta Asiya məkanında bir sıra təşkilatlar və institutlarla əməkdaşlıq Azərbaycanın iqtisadi göstəricilərinin artımına müsbət təsir edib. Eyni zamanda, ərəb dövlətləri ilə əməkdaşlığın artırılması da Azərbaycana yeni investisiyaların yatırılması və bu regionda ölkəmizin siyasi mövqeyinin möhkəmlənməsi ilə müşahidə olunur. Təbii ki, qeyd olunan bütün bu faktlar Davos Forumunda Azərbaycanla əməkdaşlıq etmək və müvafiq sahələrdə yatırımlar və infrastruktur qurmaq istəyən dövlətlər üçün vacib göstəricilər hesab olunur. Artıq dünən dövlətimizin başçısı bir sıra şirkətlərlə görüşlər keçirdi. “Fortescue Future Industries” şirkəti ilə keçirilən görüşdə isə Azərbaycanın Energetika Nazirliyi ilə ötən ay imzalanan Memorandumda ölkəmizdə 12 min meqavat gücündə külək və günəş enerjisinin istehsalına dair layihənin icrası bir daha vurğulandı. Bununla yanaşı, Azərbaycanın enerji ixracında yaşıl enerjinin Avropaya çatdırılması məsələsi də müzakirə olundu. Digər daha vacib bir görüş isə Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen ilə baş tutub. Görüş zamanı Azərbaycandan keçən tranzit yüklərinin həcminin 75 faiz artdığı və gələcəkdə bu rəqəmin daha da artırılması üçün ölkəmizin vacib nəqliyyat infrastrukturuna malik olduğu qeyd olunub”.

Ekspert əlavə edib ki, Forumun işində Azərbaycan Prezidentinin bir sıra enerji, nəqliyyat və digər siyasi mərkəzlər və eləcə də dövlət və hökumət başçıları ilə görüşləri keçiriləcək. Burada əsas məqam ondan ibarətdir ki, bu görüşlərdə Azərbaycan qəbul edən tərəf qismində çıxış edəcək. Bu da Azərbaycanın siyasi, iqtisadi və güc mərkəzi olmasına dəlalət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şamaxıda yol qəzası ölümlə nəticələnib

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb