Düşənbədən Bişkekə uçan təyyarənin sərnişinləri geri qaytarılıb
Bişkek, 26 may, AZƏRTAC
Tacikistanın paytaxtı Düşənbədən Qırğızıstanın paytaxtı Bişkekə uçan təyyarənin sərnişinlərini “Manas” aeroportunun sərhədçiləri geri qaytarıb.
AZƏRTAC “Manas” aeroportunun mətbuat xidmətinə istinadla xəbər verir ki, təyyarədə olan sərnişinlərin geri qaytarılması Tacikistan vətəndaşlarının Qırğızıstan ərazisinə girməsini məhdudlaşdıran müvəqqəti qadağa ilə bağlıdır.
Bildirilir ki, təyyarədə olan 186 sərnişinin 177-si Tacikistan, 9-u üçüncü ölkələrin vətəndaşlarıdır. Bu 9 sərnişin qeydiyyatdan keçdikdən sonra Qırğızıstan ərazisinə buraxılıb, Tacikistan vətəndaşları isə geri, Düşənbəyə qaytarılıb.
Xatırladırıq ki, aprelin 28-30-u arasında Qırğızıstanla Tacikistan arasında baş verən sərhəd münaqişəsindən sonra Qırğızıstan qonşu dövlətlə hava və quru sərhədlərini müvəqqəti olaraq bağlayıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]