DYP Muğanlı-İsmayıllı yolunda tikinti işləri ilə bağlı sürücülərə müraciət edib
Bakı, 12 iyun, AZƏRTAC
Hazırda Muğanlı-İsmayıllı avtomobil yolunda əsaslı tikinti işləri aparılır. Bununla əlaqədar inşaat işləri aparılan yolun hissələrdə daralma nəticəsində avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən məlumat verilib. Bildirilib ki, nazirliyin Baş Dövlət Yol Polisi İdarəsi mövsümlə əlaqədar həmin avtomobil yolunda hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artmasını nəzərə alaraq, sürücülərdən alternativ yollardan istifadə etməyi, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, tikinti işlərinin aparıldığı ərazidə hərəkət edərkən diqqətli olmağı, müvəqqəti nizamlama vasitələrinin tələblərinə ciddi əməl etməyi xahiş edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [11:57]