Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədəbi əlaqələrdən elmi tədqiqatlara: Azərbaycanda Çingiz Aytmatov irsi sistemli şəkildə araşdırılır

Ədəbi əlaqələrdən elmi tədqiqatlara: Azərbaycanda Çingiz Aytmatov irsi sistemli şəkildə araşdırılır

Bakı, 2 sentyabr AZƏRTAC

“Manas” dastanı və Çingiz Aytmatov Qırğızıstanın dünya miqyasında tanınan iki mühüm ədəbi-mədəni simvoludur. Hər iki ədəbiyyat hadisəsi Azərbaycanda da geniş maraq doğurub, onların öyrənilməsi istiqamətində ardıcıl və sistemli tədqiqatlar aparılıb.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, “Manas” dastanı Azərbaycanda görkəmli tədqiqatçı və tərcüməçi Adil Cəmil tərəfindən Azərbaycan dilinə tərcümə edilərək elmi-ədəbi dövriyyəyə daxil edilib. Çingiz Aytmatov yaradıcılığına marağın tarixi isə daha əvvələ – sovet dövrünə gedib çıxır. Yazıçının əsərlərinin Azərbaycan dilinə tərcüməsinə 1961-ci ildən başlanılıb. Bu proses müstəqillik illərində də davam edib və hazırda da aktuallığını qoruyur. Çingiz Aytmatovun əsərlərini dünyada ən çox nəşr edən və oxuyan xalqlardan biri azərbaycanlılardır. Yazıçının Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri İmran Qasımov, Vilayət Rüstəmzadə, Bəxtiyar Vahabzadə və Anarla yaxın dostluq münasibətləri onun Azərbaycan ədəbi-mədəni mühiti ilə əlaqələrinin mühüm göstəricilərindəndir. Çingiz Aytmatov nəsrinin zənginliyi, əsərlərində xalqlarımızın ortaq tarixi, mənəvi dəyərləri və mədəni yaddaşının geniş əksini tapması yazıçının yaradıcılığına Azərbaycanda davamlı maraq formalaşdırıb. Zaman keçdikcə bu maraq ayrı-ayrı məqalə və tərcümələrdən sistemli elmi tədqiqatlara çevrilib. Çingiz Aytmatov yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığında çoxsaylı elmi məqalələrdə, dissertasiya və monoqrafiyalarda, eləcə də müxtəlif tədqiqat əsərlərinin ayrı-ayrı fəsillərində araşdırılıb. Akademik İsa Həbibbəylinin müəllifi olduğu “Çingiz Aytmatov haqqında söz” monoqrafiyası böyük yazıçının ədəbi irsini, yaradıcılıq xüsusiyyətlərini və Azərbaycanla əlaqələrini Azərbaycan, ingilis və rus dillərində elmi-nəzəri müstəvidə təqdim edən mühüm tədqiqat əsəridir.

Akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Ədəbiyyat İnstitutunda Çingiz Aytmatovun 90 illik yubileyi beynəlxalq elmi konfransla qeyd olunub. İnstitutun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının xüsusi buraxılışı böyük yazıçının yaradıcılığına həsr edilib. Eyni zamanda, Çingiz Aytmatovun “Üz-üzə” əsəri Mehman Həsənlinin, “Kassandra damğası” əsəri isə Nərgiz Cabbarlının tərcüməsində Azərbaycan dilində nəşr olunub. Akademik İsa Həbibbəyli və filologiya elmləri doktoru Mehman Həsənli Qırğızıstan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə görə Beynəlxalq Aytmatov Akademiyasının akademikləri seçiliblər.

Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin rəhbərliyi ilə fəlsəfə doktorluğu dissertasiyası çərçivəsində başlanılan Çingiz Aytmatov araşdırmaları hazırda da davam etdirilir. Bu tədqiqatların nəticələri Azərbaycanla yanaşı, Qırğızıstan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Macarıstan, Polşa, Böyük Britaniya – London və Mançester, Rusiya – Tatarıstan və Başqırdıstan, eləcə də digər ölkələrdə keçirilən 40-dan artıq beynəlxalq elmi konfransda təqdim edilib. Bununla yanaşı, Çingiz Aytmatov yaradıcılığına həsr olunmuş 20-dən artıq elmi məqalə Azərbaycanda və xarici ölkələrin elmi jurnallarında dərc olunub.

Aytmatov irsinin Azərbaycan oxucusuna çatdırılması istiqamətində tərcümə fəaliyyəti də davam etdirilib. Çingiz Aytmatovun “Ağ yağış” hekayəsi, “Kassandra damğası” romanından bir fəsil, “Əbədi gəlin (Dağlar çökəndə)” romanı – Nəzrin Əliyeva ilə birlikdə, eləcə də yazıçının şeirləri Azərbaycan dilinə tərcümə edilib. Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin rəhbərliyi ilə “Çingiz Aytmatov və Azərbaycan ədəbiyyatı” mövzusunda müdafiə edilmiş fəlsəfə doktorluğu dissertasiyası əsasında hazırlanan tədqiqat Latviyanın “Lambert” nəşriyyatında kitab şəklində nəşr olunub. Çingiz Aytmatovun həyat və yaradıcılığının müxtəlif istiqamətlərini – hekayə, povest, roman, pyes və poeziyasını, həmçinin yazıçının Azərbaycanla ədəbi-mədəni əlaqələrini əhatə edən 400 səhifəlik “Çingiz Aytmatov fenomeni və Azərbaycan” monoqrafiyası da işıq üzü görüb. Əsərdə Aytmatov yaradıcılığı Azərbaycan ədəbiyyatı və ümumtürk ədəbi-mədəni konteksti ilə qarşılıqlı əlaqədə araşdırılıb, yazıçının Azərbaycanla çoxşaxəli ədəbi və mənəvi münasibətləri sistemli şəkildə təhlil edilib. Monoqrafiya Türkiyədə Kastamonu Universitetinin bölüm başqanı professor Orhan Söylemez və doktor Ömer Faruk Ateşin redaktorluğu, Sefa Başımoğlunun tərcüməsi ilə “Bengü Yayınları” tərəfindən türk dilində də nəşr olunub.

Çingiz Aytmatov irsi ilə bağlı elmi araşdırmalar həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda müxtəlif istiqamətlərdə davam etdirilir. Bu tədqiqatlar Aytmatov yaradıcılığının yalnız milli ədəbiyyat kontekstində deyil, ümumtürk və dünya ədəbi prosesi müstəvisində öyrənilməsinə də mühüm töhfələr verir.

Qeyd edək ki, Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldajan Akmataliyev Mehman Həsənlinin “1980-ci illər türk xalqları romanında janr özünəməxsusluğu: bədii-estetik təkamül” mövzusunda doktorluq dissertasiyasının müdafiəsində opponent qismində çıxış edib. Bu fakt da Azərbaycan və Qırğızıstan ədəbiyyatşünasları arasında elmi əməkdaşlığın və qarşılıqlı əlaqələrin davamlı xarakter daşıdığını göstərir. Beləliklə, Azərbaycanda Çingiz Aytmatov irsinin öyrənilməsi tərcümə və ədəbi əlaqələr mərhələsindən keçərək müasir dövrdə genişmiqyaslı elmi tədqiqatlar mərhələsinə çatıb.

Müxbir -Tünzalə Arazlı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

AQTA: Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir – YENİLƏNİB 3 VİDEO

AQTA: Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir – YENİLƏNİB 3 VİDEO

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir VİDEO

Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir VİDEO

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın