Əfqanıstan-Pakistan sərhədində baş verən toqquşmalarda 15 nəfər həlak olub
Bakı, 15 oktyabr, AZƏRTAC
Əfqanıstanın Qəndəhar vilayətinin Pakistanla sərhəd rayonlarında baş verən silahlı toqquşmalar nəticəsində azı 15 nəfər həyatını itirib, onlarla insan yaralanıb.
AZƏRTAC xəbər verir ki, “France-Presse” agentliyi bu barədə Əfqanıstanın hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Məlumata əsasən, toqquşmalar nəticəsində azı 80 nəfər yaralanıb ki, onların arasında qadınlar və uşaqlar da var.
“Taliban” hərəkatının rəsmi nümayəndəsi Pakistan hərbçilərinin səhər saatlarında Əfqanıstan ərazisini yenidən atəşə tutduğunu bildirib. Onun sözlərinə görə, silahlı qarşıdurma nəticəsində Pakistan ordusunun şəxsi heyəti arasında da itkilər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]