Əfqanıstanda dəfn mərasimində törədilən partlayışda 16 nəfər ölüb
Bakı, 8 iyun, AZƏRTAC
Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətində yerli məmurun dəfnində baş verən partlayış nəticəsində ən azı 16 nəfər həlak olub.
AZƏRTAC TOLO news telekanalına istinadla xəbər verir ki, partlayış əyalətin administrativ mərkəzi Feyzabad şəhərindəki məscidlərin birində törədilib. Həyatını itirənlər arasında “Taliban” hərəkatının səhra komandirinin də olduğu bildirilir.
“Hasht-e Subh” nəşri hadisədən sonra şəhərdə silahlı toqquşmaların başladığı və hazırda da davam etdiyi barədə məlumat yayıb.
Qeyd edək ki, dəfn edilən şəxs - Bədəxşan əyaləti qubernatorunun müavini iyunun 6-da avtomobilinin partladılması nəticəsində həlak olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]