Əfqanıstanda İŞİD qruplaşmasının 80 silahlısı taliblərə təslim olub
Bakı, 24 noyabr, AZƏRTAC
Əfqanıstanın Nanqarhar əyalətində İŞİD terror qruplaşmasının azı 80 üzvü “Taliban” hökumətinin təhlükəsizlik qüvvələrinə təslim olub.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli Pajhwok agentliyi məlumat yayıb. Agentliyin təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadla verdiyi məlumata görə, terrorçuların kapitulyasıyası qəbilə ağsaqqallarının vasitəçiliyilə baş tutub. Digər təfərrüatlar açıqlanmır.
Son üç ay ərzində paytaxt regionu da daxil olmaqla, Əfqanıstanın bir sıra əyalətlərində ard-arda partlayışlar, silahlı hücumlar və atışmalar baş verib. Həm taliblərin, həm də dinc sakinlərin ölümü ilə nəticələnmiş terror hücumlarının bəzilərinə görə məsuliyyəti İŞİD-in bu ölkədəki qruplaşması üzərinə götürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]