Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 8 nəfər həlak olub
Bakı, 6 sentyabr, AZƏRTAC
Əfqanıstanın şimalında yerləşən Tahar əyalətində “Taliban” hərəkatının nəzarət-buraxılış məntəqələrinə hücumu nəticəsində azı səkkiz nəfər həlak olub, altı nəfər isə yaralanıb.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, əyalətin qubernatoru Məhəmməd Cavad Hicrinin məlumatına əsasən, insident sentyabrın 6-na keçən gecə qeydə alınıb. Həlak olanların altısı hərbçi, ikisi isə evlərinə mərmi düşən dinc sakinlərdir.
Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar uzun müddətdir davam edir. Həmçinin ölkədə İŞİD qruplaşmasının da fəallığı artır. Milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə ərazisində silahlı qruplaşmalara qarşı birgə əməliyyatlar keçirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]