Ekologiya İdarəsində Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Artıq bir necə gündür ki, ARDNŞ-in idarə və müəssisələrində Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilir.
AZƏRTAC xəbər verir ki, şirkətin ekologiya idarəsində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
Əvvəlcə Xocalıda şəhid olmuş həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişlər.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva, eləcə də xaricdə fəaliyyət göstərən diplomatik korpuslar və diaspor nümayəndələri tərəfindən Xocalı faciəsinin soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm işlər görülür. Tədbirdə həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın beynəlxalq miqyasda “Xocalıya ədalət” kampaniyası çərçivəsində reallaşdırdığı tədbirlərin dünyada Xocalı soyqırımının tanıdılmasında əhəmiyyətindən söz açılmışdır. Bildirilmişdir ki, bu tədbirlərin keçirilməsində əsas məqsəd Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə anılan faciə qurbanları haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, bu soyqırımı törədənlərin ədalət məhkəməsi qarşısında cavab vermələrinə nail olmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]