Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Azərbaycan Tacikistan üçün yeni Avrasiya tranzit məkanının dayaq dövlətidir - MÜSAHİBƏ

Ekspert: Azərbaycan Tacikistan üçün yeni Avrasiya tranzit məkanının dayaq dövlətidir - MÜSAHİBƏ

Bakı, 19 yanvar, Tamilla Məmmədova, AZƏRTAC

Qlobal və regional transformasiyalar fonunda Avropa ilə Asiya arasında yerləşən ölkələr getdikcə daha çox yeni qarşılıqlı əlaqə nöqtələri, strateji tərəfdaşlıqlar və beynəlxalq iqtisadi və nəqliyyat zəncirlərinə inteqrasiya imkanları axtarırlar. Bu kontekstdə Azərbaycan və Tacikistan siyasi dialoqu, iqtisadi təşəbbüsləri və humanitar layihələri birləşdirərək ənənəvi diplomatiya çərçivəsindən kənara çıxan əməkdaşlıq modeli formalaşdırırlar.

Bu gün iki ölkə arasında ikitərəfli münasibətləri milli maraqların və uzunmüddətli strateji məqsədlərin regional infrastrukturun, energetikanın və ticarətin inkişafına yönəlmiş praktiki vəzifələrlə necə üzvi şəkildə uzlaşdırıla biləcəyinin nümunəsi kimi qiymətləndirmək olar. Onların qarşılıqlı fəaliyyəti ortaq mədəni köklərə və xarici siyasətdə praqmatik yanaşmaya malik ölkələrin qlobal dəyişikliklər dövründə yeni tərəfdaşlıq formatları yarada bildiyini nümayiş etdirir.

Bütün bunlar barədə AZƏRTAC-ın suallarını Mərkəzi Asiyada regional təhlükəsizlik məsələləri üzrə ekspert, tacik politoloq Rüstəm Əzizi cavablandırır.

- Regional və qlobal siyasətdə dəyişikliklər fonunda Azərbaycan-Tacikistan münasibətlərinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan-Tacikistan münasibətlərini müasir mərhələdə yetkin, sabit və strateji yaxınlaşma mərhələsində olan münasibətlər kimi xarakterizə etmək olar. Bu qarşılıqlı fəaliyyət Cənubi Qafqaz və Mərkəzi Asiyanın artıq təcrid olunmuş regionlar deyil, vahid geosiyasi və iqtisadi məkanın qarşılıqlı əlaqəli elementləri kimi qəbul edildiyi yeni regional və qlobal reallıqlara üzvi şəkildə uyğunlaşır. Bu kontekstdə Bakı ilə Düşənbə arasında əməkdaşlıq ənənəvi ikitərəfli dialoqun çərçivəsindən kənara çıxaraq əlavə siyasi, iqtisadi və humanitar perspektivlər qazanır.

Tacikistan üçün Azərbaycan etibarlı və sabit tərəfdaşdır, belə ki, o, yalnız öz suverenliyini uğurla qoruyub regional rolunu möhkəmləndirməklə kifayətlənməyib, həm də səmərəli və çevik çoxvektorlu xarici siyasət modeli formalaşdırıb. Bu praktiki təcrübə mürəkkəbləşən beynəlxalq vəziyyət və iri oyunçular arasında maraq rəqabətinin artdığı şəraitdə xüsusilə qiymətlidir. Məhz buna görə Azərbaycan Tacikistan da daxil olmaqla Mərkəzi Asiya dövlətləri üçün cəlbedici tərəfdaş kimi qəbul edilir. Tacikistan dəyişən dünyada xarici iqtisadi əlaqələrin genişləndirilməsində, beynəlxalq əməkdaşlığın diversifikasiyasında və yeni inkişaf nöqtələrinin axtarışında maraqlıdır.

- Son illərdə Azərbaycan və Tacikistan arasında əməkdaşlığın hansı əsas mərhələlərini daha əhəmiyyətli hesab edirsiniz?

- İkitərəfli münasibətlərin inkişafında əsas dönüş nöqtəsi 2023–2024-cü illər oldu. Belə ki, bu dövrdə siyasi dialoq keyfiyyətcə yeni səviyyəyə yüksəldi. Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü ildə Düşənbəyə səfəri və Tacikistan Prezidenti Emoməli Rəhmonun 2024-cü ilin mayında Bakıya dövlət səfəri strateji tərəfdaşlığın möhkəm əsasını qoydu. Strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması bu prosesin məntiqi yekunu oldu. Düşənbə üçün bu addım Azərbaycanın əsas regional güc və tranzit mərkəzi kimi artan rolunun tanınması, həmçinin qarşılıqlı siyasi etimadın təsdiqi demək idi.

- Yaxın illərdə iqtisadi əməkdaşlığın hansı istiqamətlərində daha böyük potensial görürsünüz?

- Tacikistan nöqteyi baxımından yaxın illərdə iqtisadi əməkdaşlığın ən böyük potensialı energetika, nəqliyyat, sənaye kooperasiyası və dağ-mədən sektorunda cəmlənir. Tacikistan böyük təbii və insan resurslarına malikdir, lakin xarici bazarlara, investisiyalara və müasir idarəetmə təcrübələrinə daha geniş çıxışa ehtiyac duyur. Bu kontekstdə iri energetika və infrastruktur layihələrinin icrasında ciddi təcrübəyə malik Azərbaycan yalnız investor kimi deyil, tamhüquqlu strateji tərəfdaş kimi də mühüm rol oynaya bilər. Artıq bu gün iki ölkənin işgüzar dairələrinin müzakirələrdən konkret və praktiki razılaşmalara keçməsi diqqətəlayiqdir. Bu dönüş 2024-cü ildə Bakıda keçirilmiş biznes-forum zamanı açıq şəkildə nümayiş olundu. Belə ki, forum birbaşa əlaqələrin qurulması və gələcək iqtisadi qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm platformaya çevrildi.

- Yəqin ki, bərpaolunan enerji və “yaşıl” iqtisadiyyat sahəsində də əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur?

- Əlbəttə, bərpaolunan enerji və yaşıl iqtisadiyyat sahəsində də əməkdaşlıq perspektivləri olduqca böyükdür. Tacikistan hidroenergetikanı yaşıl inkişaf modelinin əsası kimi ardıcıl şəkildə inkişaf etdirir, Azərbaycan isə günəş və külək enerjisinə fəal investisiya yatırır. Təbii resurslar və texnoloji imkanların bu kombinasiyası təmiz enerji sahəsində birgə təşəbbüslər üçün geniş imkanlar yaradır. Düşənbə üçün Azərbaycanın yaşıl keçidi yalnız bəyanat kimi deyil, praktiki iqtisadi strategiya kimi həyata keçirməsi xüsusilə vacibdir. Məhz konkret layihələrin reallaşdırılmasına yönələn bu yanaşma əməkdaşlığı daha perspektivli edir və uzunmüddətli iqtisadi və texnoloji qarşılıqlı fəaliyyət üçün imkanlar açır.

- Su ehtiyatlarının idarə olunması və enerji təhlükəsizliyi sahəsində təcrübə mübadiləsi potensialını necə qiymətləndirirsiniz?

Tacikistan “Həyat üçün su” beynəlxalq fəaliyyət onilliyindən tutmuş su ehtiyatlarının davamlı idarə olunması üzrə hazırkı qlobal gündəliyə qədər beynəlxalq su layihələrinin əsas təşəbbüskarlarından biridir. Tacikistanın 2025-ci ildə irəli sürdüyü Buzlaqların qorunması üzrə Beynəlxalq il və Kriosfer elmləri sahəsində Beynəlxalq fəaliyyət onilliyi (2025–2034) təşəbbüsləri onun iqlimə uyğunlaşma, resursların davamlı idarə olunması və regional təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş uzunmüddətli su diplomatiyasını məntiqi şəkildə davam etdirir və institusional olaraq möhkəmləndirir. Tacikistan dağlıq relyef və iqlim dəyişiklikləri şəraitində su ehtiyatlarının idarə olunması üzrə zəngin təcrübə toplayıb. Azərbaycan isə suya qənaət və su resurslarından səmərəli istifadə sahəsində tətbiqi təcrübəyə malikdir. Bu yanaşmaların sinerjisi yalnız enerji təhlükəsizliyinin möhkəmlənməsinə deyil, bütün regionda davamlı inkişafın təşviqinə də xidmət edə bilər.

- Tacikistan üçün Cənubi Qafqazdan, o cümlədən Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin əhəmiyyəti nədir?

- Tacikistan üçün Cənubi Qafqazdan keçən nəqliyyat dəhlizləri strateji əhəmiyyət daşıyır. Bu kontekstdə Azərbaycan Mərkəzi Asiya, Türkiyə və Avropa arasında əsas bağlayıcı halqa kimi çıxış edir. Trans-Xəzər marşrutu Düşənbədə xarici bazarlara çıxış üçün ən perspektivli kanallardan biri kimi qiymətləndirilir. Bu dəhlizlərdə iştirak Tacikistana xarici iqtisadi əlaqələri şaxələndirməyə və iqtisadi dayanıqlılığı möhkəmləndirməyə imkan verir. Azərbaycan Tacikistan üçün yeni Avrasiya tranzit məkanının dayaq dövlətidir. Eyni zamanda, Azərbaycan üçün Tacikistan Mərkəzi Asiyada ciddi resurs və uzunmüddətli potensiala malik etibarlı və sabit tərəfdaşdır. Məhz bu qarşılıqlı tamamlayıcı format hər iki ölkənin maraqlarına cavab verən sabit və praqmatik əməkdaşlığın əsasını təşkil edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb