Əl-Cəzirə: “Hizbullah” İsrailin Livana yerüstü müdaxiləsini gözləmir
Bakı, 30 iyul, AZƏRTAC
“Hizbullah” hərəkatı Colan təpələrindəki Məcdəl-Şəms yaşayış məntəqəsinin atəşə tutulmasına cavab bəhanəsi ilə İsrail qüvvələrinin Livan ərazisinə girməsini gözləmir.
AZƏRTAC xəbər verir ki, bunu hərəkatın rəhbərliyindəki mənbə Əl-Cəzirə telekanalına şərhində deyib.
Kanalın həmsöhbəti Livan ərazisinə hətta məhdud olsa belə, yerüstü müdaxilə gözləmədiklərini bildirib. “Lakin biz tam hazır vəziyyətindəyik”, - deyə o əlavə edib.
İyulun 27-də Məcdəl-Şəms şəhərində idman meydançasına raket düşməsi nəticəsində 12 yeniyetmə həlak olub. İsrail hakimiyyəti insidentdə Livanı və “Hizbullah” hərəkatını günahlandıraraq, sərt cavab verəcəyini bildirib.
Öz növbəsində “Hizbullah” insidentlə hər hansı əlaqəsini inkar edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]