“ƏL-QAİDƏ” AVROPANI “QANLI MÜHARİBƏ” İLƏ HƏDƏLƏYİR
ABŞ silahlı qüvvələrinin 2001-ci ildə Əfqanıstanda apardıqları əməliyyat nəticəsində öldürülmüş, dünyanın bir nömrəli terrorçusu Üsəma ben Ladenin yaxın silahdaşı Əbu Həfs əl-Məsrinin adını daşıyan təşkilat hədə dolu yazıda artıq Avropaya müharibə elan etdiyini bildirmişdir. Bu hədəyə səbəb Avropa ölkələrinin öz qoşunlarını İraqdan çıxarmaları barədə Üsəma ben Ladenin ultumatumuna indiyədək cavab verilməməsidir.
“Bu gündən biz sizə qanlı müharibə elan edirik. Siz haqq yoluna qayıtmayana qədər biz öz əməllərimizdən əl çəkməyəcəyik. Biz Avropanın şəhərlərini yerlə-yeksan edəcəyik” - deyə yazıda bildirilmişdir.
Bir qədər öncə İtaliyanı terrorla hədələmiş təşkilat yenidən bu dövləti və baş nazir Silvio Berluskonini yenidən xəbərdar etmişdir.
Yazıda onların xəbərdarlığına göz yummuş S.Berluskoninin ünvanına xususi olaraq hədələr yağdırılmış, Amerika və İspaniyada baş vermiş terror aktlarının tezliklə İtaliyada təkrarlanacağını açıqlamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]