Elbay Qasımzadə Beynəlxalq Memarlıq Akademiyasının professoru seçilib
Bakı, 23 noyabr, AZƏRTAC
Beynəlxalq Memarlıq Akademiyasının (İAA) Elmi Şurasının sonuncu iclasında Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, BMAM-ın Bakı Akademik Mərkəzinin rəhbəri Elbay Qasımzadə IAA-nın professoru seçilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Memarlar İttifaqından bildirilib.
BMAM-ın Bakı Akademik Mərkəzi 2016-cı il aprelin 1-də təsis edilib. Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin Akademik Mərkəzinin məhz Bakıda yaradılması respublikamızda memarlığın inkişafı, sürətlə aparılan tikinti-quruculuq işləri ilə sıx bağlıdır.
Bu günə qədər Moskva Beynəlxalq Memarlıq Akademiyasının tərkibinə Azərbaycandan 5 fəxri üzv, 8 akademik, 13 müxbir üzv və 26 professor daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]