SİYASƏT
Əlcəzair portalı Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsindən yazıb
Qahirə, 11 fevral, AZƏRTAC
Əlcəzairin “Əl Hərir” portalında Bakıda keçirilən Milli Qoşulmama Hərəkatı Modelinin Simulyasiya Konfransı haqqında xəbər yayımlanıb.
AZƏRTAC-a istinadla yayımlanan xəbərdə qeyd olunub ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxışında konfransda Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunmuş xüsusi Təqaüd Proqramı ilə Azərbaycanda təhsil alan Qoşulmama Hərəkatına üzv dövlətlərdən olan bir qrup əcnəbi tələbələrin də iştirak etdiyini diqqətə çatdırıb və onları fəal olmağa çağırıb. O vurğulayıb ki, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi beynəlxalq münasibətlərdə multilateralizmi təşviq etmək baxımından gözəl platformadır.
Xəbərdə qeyd olunub ki, xüsusi Təqaüd Proqramı ilə Azərbaycanda bir sıra ərəb ölkələri, o cümlədən Əlcəzairdən olan gənclər təhsil alırlar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə