RƏSMİ XRONİKA
ƏLCƏZAİR XALQ DEMOKRATİK RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏBDÜLƏZİZ BUTEFLİKAYA
Hörmətli cənab Prezident,
Ölkənizin paytaxtında çoxsaylı insan tələfatına səbəb olmuş partlayışlar törədilməsi xəbərini dərin kədər və hiddət hissi ilə qarşıladıq.
Biz terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, belə dəhşətli cinayət əməllərinə qarşı mübarizədə birgə səylər göstərilməsini zəruri hesab edirik.
Baş vermiş faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 12 aprel 2007-ci il.