Elçin Quliyev: Bakı Marafonu artıq ənənəvi tədbirə çevrilib
Bakı, 13 may, AZƏRTAC
“Bakı Marafonu 2018” çox gözəl təşəbbüsdür. Bu təşəbbüsə biz də qoşulmuşuq. Bu yarışda iştirakımızla gənclərimizə nümunə göstəririk.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2018”in iştirakçısı, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev deyib.
Bakı Marafonunun artıq ənənəvi tədbirə çevrildiyini qeyd edən Elçin Quliyev deyib: “Bu cür tədbirlər insanların kütləvi və mütəmadi şəkildə idmanla məşğul olmalarına töhfə verəcək. Gənclərimiz fiziki cəhətdən sağlam böyüməli, idmanla məşğul olmalı, Vətənimizə layiqli vətəndaş kimi formalaşmalıdırlar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [23:11]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]