ELEKTROENERGETİKA İNŞAATÇILARI MÜKAFATLANDIRILMIŞLAR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Astaradakı modul tipli elektrik stansiyasının nəzərdə tutulduğundan tez və yüksək keyfiyyətlə tikilib istifadəyə verilməsində var qüvvə ilə çalışmış səhmdar cəmiyyətinin struktur bölmələrini təmsil edən 71 nəfər əmək adamı “Astara Enerji Qovşağının tikintisində xüsusi fərqləndiyinə görə” fəxri fərmanı ilə təltif edilmişdir.
Ölkənin energetika inşaatçıları Prezident İlham Əliyevin qarşıya qoyduğu, respublikanın başdan-başa elektrikləşdirilməsi kimi, yüksək vəzifəni layiqincə yerinə yetirmək üçün ölkəmizin regionlarında yeni elektrik və yardımçı stansiyaların, elektrik ötürücü xətlərinin tikintisini davam etdirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:32]
Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik
- 12.10.2026 [18:31]
Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 12.10.2026 [18:27]
Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb
- 12.10.2026 [18:24]
AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 12.10.2026 [18:12]
Doqquz ayda 620 dövlət standartı qəbul edilib
- 12.10.2026 [17:28]