Əli Xamneyi: Sanksiyalar ləğv edilsə, İran öhdəliklərini yerinə yetirəcək
Tehran, 7 fevral, AZƏRTAC
Əgər Amerika tətbiq etdiyi iqtisadi sanksiyaları tamamilə aradan qaldırsa, onda İran nüvə razılaşmasına görə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək.
AZƏRTAC xəbər verir ki, bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi İslam inqilabının 42-ci ildönümü münasibətilə hərbçilərlə keçirdiyi görüşdə deyib. O bildirib ki, 2015-ci ildə rəsmi Tehran ilə Qərb dövlətləri arasında İranın nüvə proqramı məsələsi müzakirə edilərkən sanksiyalar nisbətən yumşaldıldı və razılaşma əldə edilərək müqavilə imzalandı. Lakin müqaviləni İran tərəfi deyil, ABŞ pozaraq ondan çıxdı və sanksiyalar daha da sərtləşdi.
Ali Rəhbər diqqətə çatdırıb ki, ABŞ müqavilədən birtərəfli qaydada çıxdı. Avropa dövlətləri isə müqavilədə iştirak etsələr də, konstruktiv addım atmadılar. Ona görə də indi nə ABŞ, nə də Avropa dövlətləri İrana şərt qoya bilməzlər. İran öz öhdəliklərini yalnız sanksiyalar aradan qalxdıqdan sonra yerinə yetirməyə başlayacaq.
Qeyd edək ki, ABŞ-ın yeni Prezidenti Co Bayden seçkiqabağı təşviqat kampaniyasında Donald Trampın İran siyasətini tənqid edərək, bunun düzgün olmadığını və məsələyə yenidən baxılmasının zəruriliyini bəyan etmişdi.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]