ƏLİCANÇAY ÜZƏRİNDƏ SU BƏNDİNİN TİKİNTİSİ BAŞA ÇATMAQ ÜZRƏDİR
Şəki, 3 avqust (AZƏRTAC). Şəkinin Cəyirli kəndinə yaxın ərazidən axan Əlicançay üzərində inşa edilən su bəndi və 14 kilometr uzunluğunda kanal istismara verilmək ərəfəsindədir.
İnşasına 2006-cı ildə başlanılan bu nəhəng hidrotexniki qurğunun tikintisini “Azərsutikinti” Səhmdar Cəmiyyəti Şəki Su-Tikinti Törəmə Müəssisəsinin kollektivi aparır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa edilən bu qurğunun işə düşməsi nəticəsində rayonun uzun illər quraqlıq problemi ilə üzləşən “Trud düzü” və “Sarıca” ərazilərində 4 min hektardan artıq sahənin suvarılması təmin olunacaqdır. Eyni zamanda Cəyirli, Şəki kənd, Quşçuluq və digər kəndlərin içməli su ilə təchizatı daha da yaxşılaşacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]