ƏLİL AİLƏLƏRİ ÜÇÜN YENİ EVLƏR TİKİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şərur rayonunun Qışlaqabbas kəndində birinci qrup Qarabağ müharibəsi əlili Qoşqar Ələkbərovun və Ordubad rayonunun Düylün kənd sakini, Qarabağ müharibəsi əlili Məhəmməd Əliyevin ailələri üçün yeni evlər inşa edilir. Evlərin tikintisini Şərur və Ordubad rayon tikinti-quraşdırma idarələrinin kollektivləri aparır. Hər iki ev sentyabr ayında istifadəyə veriləcəkdir. Evlərin yeni mətbəx və mebel avadanlığı ilə təchiz ediləcəyi də nəzərdə tutulmuşdur.