ƏLİL AİLƏLƏRİ ÜÇÜN YENİ MƏNZİLLƏR İNŞA EDİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şərur rayonunun Qışlaqabbas kəndində birinci qrup Qarabağ müharibəsi əlili Qoşqar Ələkbərovun və Ordubad rayonunun Düylün kənd sakini, Qarabağ müharibəsi əlili Məhəmməd Əliyevin ailələri üçün yeni mənzillər inşa edilir. Mənzillərin tikintisini Şərur və Ordubad rayon tikinti quraşdırma idarələrinin kollektivləri aparır. Hər iki mənzil sentyabr ayında istifadəyə veriləcəkdir. Mənzillərin yeni mətbəx və mebel avadanlığı ilə təchiz ediləcəyi də nəzərdə tutulmuşdur.