Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əlilliyi olan şəxslərin “İkinci ev”i VİDEO

Şağan Reabilitasiya Pansionatında müalicə alan şəxs: 25 ildən sonra ilk addımlarımı burada atmışam

Bakı, 26 may, AZƏRTAC

Bəzən insan üçün ən böyük möcüzə yenidən ayağa qalxmaq üçün daxili gücünü kəşf etməsi olur. Çünki həyat insanı gözləmədiyi anlarda ağır sınaqlara çəkə bilir. Elə 17 yaşında pəncərənin şüşələrini silərkən yıxılıb onurğası zədələnən və 25 ildir gəzə bilməyən Ramilə Ağayeva, ana olandan sonra hərəkət qabiliyyətini itirən Günay Əzizli, Vətən müharibəsi və antiterror əməliyyatları zamanı sağlamlıqlarını itirən hərbçilər Elvin Abbasov və Zahid Əliyev kimi. Onların hər biri üzləşdiyi çətin sınaqlarda gücünü, səbrini və yaşamaq istəyini yenidən kəşf edib. Fərqli tale yaşayan bu insanları birləşdirən həm də bir məkan var. Sağalmaq üçün mübarizə apardıqları və bu yolda irəliləyiş əldə etdikləri Şağan Reabilitasiya Pansionatı.

AZƏRTAC-ın əməkdaşları Cənubi Qafqazın ən böyük reabilitasiya müəssisəsi olan Şağan Reabilitasiya Pansionatında olub və əlilliyi olan şəxslərin müalicə prosesinə şahidlik edib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində fəaliyyət göstərən pansionatın təməli 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin göstərişi ilə qoyulub. İlkin dövrdə müəssisə müharibə veteranları və əlilləri üçün nəzərdə tutulsa da, sonra ümumi səbəbdən əlilliyi olan şəxslərin də müəssisədə müalicə almaları təmin edilib. Şağan Reabilitasiya Pansionatında əsasən nevroloji problemli əlilliyi olan şəxslər qəbul edilirlər. Lakin pansionatda digər zədə almış şəxslərin qəbulu da həyata keçirilir. Burada stasionar, ambulator, icma, telereabilitasiya müalicələri aparılır. Əlilliyi olan şəxslər əvvəlcə multidisiplinar komandanın baxışından keçirilir, sonra psixoloji və fizioloji amillər dəyərləndirilir.

Reabilitasiya proqramı individual təyin olunur

Şağan Reabilitasiya Pansionatının müalicə bədən tərbiyəsi üzrə təlimatçısı, fizioterapevt-reabilitoloq Murad Nəzərli dörd ildir ki, burada fəaliyyət göstərir. Ötən müddətdə hər növ reabilitasiya xidmətlərini icra edib. Azərbaycanda ilk reabilitasiya təhsili alan tələbələrdən olan Murad Nəzərli Başkənd Universitetində əlavə təhsilə də sahib olub. O, gün ərzində təxminən 14 nəfərlə fərdi reabilitasiya proqramını icra edir.

Murad Nəzərli pasiyent, I qrup əlil, 42 yaşlı Ramilə Ağayevanın aldığı prosedur barədə də məlumat verib. Bildirib ki, pasiyent TH12 (döş fəqərəsi 12) və L1 (bel fəqərəsi 1) fəqərələrinin kompression sınığı prosedurunu qəbul edir: “Ramilə xanımın bel fəqərələrində zədələnmələr olub. Buna görə də onurğaətrafı əzələlərin gücləndirilməsi, eyni zamanda da aşağı ətrafların əzələlərinin bərpası proqramı icra edilir. Reabilitasiya uzun müddət davam edən prosesdir və az vaxtda nəticə almaq çətindir. Pasiyent 25 ildir ki, əlil arabasındadır. Əvvəllər hərəkət edə bilmirdi. Artıq üç ildir ki, davamlı reabilitasiya proqramı əsasında pasiyent şəxsi ehtiyaclarının 70-80 faizini rahat icra edə bilir. Hər diaqnoza görə reabilitasiya proqramı individual təyin edilir. Belə proqramların icrası müəyyən zaman tələb edir. Müalicədə ən vacib məqam isə psixoloji faktordur. Çünki pasiyentin motivasiyası olmasa reabilitasiyada uğur əldə etmək qeyri-mümkündür”.

Əlilliyi olan şəxslərə tövsiyə

Ramilə Ağayeva isə 25 ildən sonra əldə etdiyi uğur hekayəsini bölüşərək bildirib ki, 17 yaşında mənzillərinin pəncərəsinin şüşəsini silərkən yerə yıxılıb və onurğası zədələnib: “Artıq müəyyən hərəkətləri özüm etdiyim üçün hisslərimi heç nə ilə ifadə edə bilmirəm. 25 ildən sonra ilk addımlarımı da burada atmışam. Heç cür addım ata, özümü tək idarə edə bilmirdim. Hazırda özümü tək idarə edə bilirəm. Bura gəlməmişdən əvvəl heç bir reabilitasiya mərkəzinə getməmişəm. Əvvəl onurğadan əlavə, ayağımda daha çox problem var idi, ayağa qalxa bilmirdim. 3 il əvvəl əməliyyat olundum və buraya gəldim. Dəyişiklikləri görürsünüz”.

O, əlilliyi olan şəxslərə sonadək mübarizə aparmağı tövsiyə edib: “Düzdür, insan yorulur, mən də yoruluram, amma yenə də davam edirəm, ümidimi də itirmirəm”, - deyə Ramilə Ağayeva diqqətə çatdırıb.

Vətən müharibəsi iştirakçılarına xüsusi qayğı

Şirvan şəhərindən olan, 44 günlük Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan hərbi qulluqçu qazi Elvin Abbasov 4 ildir ki, Şağan Reabilitasiya Pansionatına gəlir. O, Füzulidə gedən döyüşlərdə ağır yaralanıb. Orqanları rezeksiya olunub. “Buranın kollektivi Vətən müharibəsi iştirakçılarına övladları kimi can yandırır. Ağrılarımız olanda dərhal yaxınlaşırlar, kömək edirlər. İldə 2-3 dəfə buraya gəlirəm. 14 günlük müalicə proseduru səhhətimə müsbət təsir edir”, - deyə o diqqətə çatdırıb.

2023-cü ildən 5-ci dəfədir ki, reabilitasiya pansionatında müalicə alan digər hərbçi, I qrup əlil, 1984-cü il təvəllüdlü Zahid Əliyev antiterror əməliyyatında onurğa və kəllə-beyin travması aldığını bildirib. O, pansionatda göstərilən xidmətdən razı olduğunu diqqətə çatdırıb. Dediyinə görə, pansionatda mövcud olan bütün müalicə üsulları onun üçün tətbiq olunub, xeyli irəliləyiş əldə edib.

Müasir müalicə metodları və aparatlar

Qeyd edək ki, pansionatda müasir müalicə metodları müxtəlif aparatlar vasitəsilə tətbiq olunur. Traksiya aparatı vasitəsilə onurğanın servikal və lumbal hissələri dartılır. Bütün parametrlər ekranda göstərilir və çəkiyə uyğun olaraq dartma verilir. Traksiya aparatından osteoxondroz, skolioz, disk yırtığı, protruziya xəstələri daha çox yararlanırlar. Cihazdan, əsasən, qan dövranını yaxşılaşdırmaq, sinir sıxılmalarını azaltmaq, limfa durğunluğunu yaxşılaşdırmaq üçün istifadə olunur. Limfodrenaj aparatı isə bədəndəki zərərli toksinləri xüsusi manjetlərin köməyi ilə xaric edir. Neyroforma aparatı fiziki və zehni aktivliyi artıran, koordinasiya balansını quran müalicə metodudur. Həkim təyinatı ilə ən çox kəllə-beyin travması almış, əlilliyi olan, iflic, insult keçirmiş, şəxslərə tətbiq edilir. Prosedur 15 dəqiqə, müalicə müddəti 10 gün davam edir.

Robotik əl aparatından əldə kiçik motorika bacarıqlarının, özünəxidmət bacarıqlarının inkişafı üçün istifadə olunur. Bu aparat ən çox insult keçirmiş və uşaq serebral iflici diaqnozu qoyulmuş pasiyentlər üçün istifadə edilir. Əldə tutma, sıxma, bükmə funksiyaları məhdud olduğu halda bu aparatın köməyi olur.

Müalicələrin nəticəsi var

Robotik əl aparatının köməyindən faydalanan və 2014-cü ildən pansionatda müalicə alan Biləsuvar rayon sakini Günay Əzizli xeyli müddətdir ki, əlil arabasındadır. O, ağırlaşmış formada revmatoid artrit diaqnozundan əziyyət çəkir, diz oynağına implant qoyulub: “Əllərimdə şişkinlik var. Demək olar ki, əl oynaqlarımda deformasiya gedib. Bir əşyanı götürməyə gücüm çatmırdı. İndi bu aparat mənə kömək edir. Şağan Reabilitasiya Pansionatı mənim “İkinci ev”imdir. Buradakı müalicələrimdən nəticə görürəm. Kollektiv çox mehribandır, bizə pozitiv ruh verə bilir. Bu, sağalmayan xəstəlikdir, amma mübarizə aparıram və müəyyən irəliləyişlər əldə edirəm. Ana olandan sonra xəstəlik məndə artmağa başladı. 2002-ci ildən bu xəstəliklə mübarizə aparıram. İki övladım var. Boş vaxtımızda otaq yoldaşlarımızla filmlərə baxırıq, söhbət edirik. Mən kitab oxumağı çox sevirəm. Bu yaxınlarda Xəzər rayonundakı “Gənclər Evi”ndə toplantı oldu. Orada gənclərə həyatım, mübarizəm və güclü qadın obrazı barədə danışdım”.

Stasionar, ambulator və səyyar xidmət

Pansionatın direktoru Təranə Quliyeva 250 çarpayılıq müəssisədə elektrokardioqramma, laboratoriya və ultrasəs müayinəsindən sonra ixtisaslı həkimlərin fizioterapevtik müalicə üsullarını tətbiq etdiyini deyib. Bildirib ki, fizioterapevtik müalicə üsulundan əlavə, mərkəzdə sosial-psixoloji yardım təşkil olunub. O, bu metodların son illərdə əlilliyi olan şəxslərin ən çox sevdikləri yardımlardan biri olduğunu vurğulayaraq, bu yardımdan sonra onların cəmiyyətə inteqrasiya üçün qüvvə topladığını deyib.

Direktor pansionatda müalicə alanların asudə vaxtlarının da səmərəli keçdiyini qeyd edib: “Adi həyatlarında gedə bilmədikləri müəssisələri əməkdaşlarımızla birgə ziyarət edirlər, görüşlərə, muzeylərə, teatrlara gedirlər. Burada əlilliyi olan şəxslər rəqs terapiyası, yoqa, ebru sənəti ilə də məşğul olurlar”.

Təranə Quliyevanın sözlərinə görə, Şağan Reabilitasiya Mərkəzində ötən il 8727 nəfərə xidmət göstərilib. Bildirilib ki, pasiyentlərin 3000-dən çoxu stasionar, 2000-dən çoxu ambulator xidmət alıb: “Səyyar xidmət isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin son illər təşkil etdiyi xidmət üsullarından biridir. Belə ki, əlilliyi olan bəzi şəxslər ailə şəraitinə və yaxud hərəkət məhdudiyyətinə görə müəssisəyə gələ bilmirlər. Bu səbəbdən keçən il 116 nəfərə evdə xidmət göstərilib. Bu səyyar xidmət prosesində multidisiplinar komanda əvvəlcə həkimlə birlikdə əlilliyi olan şəxsin evinə gedir, onun vəziyyəti barədə ilkin məlumatlar toplayır, sonra həmin şəxs üçün reabilitasiyanın hansı formada təşkil edilməsinə dair gündəlik tərtib olunur. Evdə reabilitasiya xidməti həftədə 2 və yaxud 3 dəfə təşkil edilir, proses 1 və ya 2 ay davam edə bilər. Evdə səyyar xidmətə həm masaj, loqoped, psixoloq, həm də mümkün olan fizioterapevtik üsullar daxildir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə müəssisədə ödənişli əsaslarla fizioterapevtik üsullarla müalicə həyata keçirilə bilir”.

Həmsöhbətlərimiz onu da bildiriblər ki, insanın iradəsi ən ağır sınaqlardan daha güclü ola bilər. Onların pansionatda əldə etdikləri isə fiziki irəliləyiş olmaqla yanaşı, həm də gələcəyə və həyata olan inamın yenidən bərpasıdır.

Müxbir - Günel Türksoy
Fotoqraf - Orxan Kərimov
Videooperator - Vüsal Tağıyev
Əlilliyi olan şəxslərin “İkinci ev”i VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: İsrail Trampın 4 milyard dollarlıq maliyyə yardımının dayandırılması ilə bağlı açıqlamasına təəccüblənib

“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

Fransada zərgərlik fabrikindən 50 kiloqramadək qızıl oğurlanıb

Yəmən hökuməti SEPAH-ı husilərə hərbi dəstəyi artırmaqda ittiham edib

Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar

“Turan” klubu CEV Çempionlar Liqasında qələbə qazanıb

Ankarada Azərbaycanın Zəfər Günü qeyd olunub

Ayxan Mehdizadə: XIX əsrdə Bakı, Gəncə, Şuşa və Dərbənd silah istehsalının mühüm mərkəzləri olub

Leo Qabriadze: Teatrımızın tamaşasını Azərbaycan auditoriyasına təqdim etməkdən məmnunuq

Samuxda yeniyetmə və gənclər şanlı Zəfər dastanını qəhrəmanların dilindən dinləyiblər

“Xilasedici” komandası CEV Çempionlar Liqasında ilk oyununa çıxıb

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH  VİDEO

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH VİDEO

Şərur rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

Avropada bomba hədələri ilə əlaqədar yeddi təyyarədə axtarış aparılıb

Qazaxda Vətən müharibəsi iştirakçıları gənclərlə görüşüblər

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub

Bu saata olan əsas xəbərlər

Aktyor İsrael Demidov: BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır

Suha Çubukçuoğlu: Avropanın rəqabət qabiliyyətliliyi müdafiə potensialı kimi ictimai dəstəyin qorunub saxlanılmasından asılıdır - ŞƏRH

Günay Əfəndiyeva: Azərbaycan-Özbəkistan qardaşlığını əcdadlarımızın əmanəti kimi qoruyub saxlamalıyıq

Süni intellekt jurnalistin faktları yoxlamaq və redaksiya məsuliyyətini daşımaq funksiyasını əvəz etməməlidir – RƏY

Kansler: Ukraynadakı müharibənin nəticəsi uzun illər Avropanın təhlükəsizlik mühitini müəyyən edəcək

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Avropada siyasi elitalara inamın azalması Avropa İttifaqının birliyini təhdid edir - ŞƏRH

Professor: Fransa ilə Almaniyada etirazlar sosial-iqtisadi çağırışların və ictimai etimad məsələlərinin aktuallığını göstərir

Folklor İnstitutu Zəfər Gününü qəhrəmanlar və qazilərlə birlikdə qeyd edib

Futzal liqalarında transfer pəncərələrinin tarixləri müəyyənləşib

Turizm eksperti: Qış turizminin inkişafında davamlılıq əsas istiqamətlərdən biri olmalıdır

Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib

Aktrisa Yevgeniya Dodina: BIAF-da çox şən ab-hava hökm sürür

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub

Rusiya-Çin-ABŞ liderlərinin mümkün görüşü: Tərəflər nəyi hədəfləyir?

SEPAH ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

® Kino biletləri də “ABB mobile” tətbiqində

Siyasi şərhçi: Avropada artan sosial narazılıq hökumətlərin böhranı idarə etmək qabiliyyətini sınağa çəkir

ADA Universitetinin nümayəndə heyəti İtaliyanın aparıcı ali təhsil müəssisələrində olub

Direktor: Xətai Tibb Mərkəzinə gündə 380-400 nəfər müraciət edir

Rza Əliyev: Azərbaycanın təşəbbüsləri mədəni yaxınlığı konkret əməkdaşlığa çevirir

Mərkəzi Bankın nümayəndələri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyiblər

Fransanın 2027-ci il büdcəsi ilə bağlı suallar yaranıb

® “Expressbank” Bərdədə 300 ağac əkib

Rəhman Quliyev: Qarşıdan gələn qış mövsümü Azərbaycan turizmi üçün kifayət qədər perspektivli olacaq

Baş katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb

Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib VİDEO

Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib VİDEO

Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb, 50-yə yaxın insan itkin düşüb

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

Fransada kütləvi etirazlar Makron hakimiyyətinin idarəçilik böhranının göstəricisidir - ŞƏRH

Məlahət İbrahimqızı: Ulu Öndərin zəngin siyasi irsi Türk dünyasının tarixində mühüm yer tutur

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr partiya üzvlərinin diqqətinə çatdırılıb

Daşkənddə Qazaxıstan futbolçularının kütləvi zəhərlənməsi ilə bağlı cinayət işi açılıb

Əməkdar müəllim Niftalı Qocayevin 90 illik yubileyi qeyd olunub

Aşıq Ədalət Dəlidağlı: Gənclər aşıq sənətini yaşatmalı, ənənələrimizi gələcək nəsillərə ötürməlidirlər

AHİK-in nümayəndə heyəti Türkmənistanda həmkarlar ittifaqları ilə əlaqələrin inkişafını müzakirə edib

Azərbaycanda əczaçılıq sektorunun inkişafı: sənaye potensialı, investisiyalar və yeni iqtisadi imkanlar

Vışeqrad dördlüyü prezidentlərinin sammiti: Əsas mövzu Ukraynaya dəstək və Aİ-nin genişlənməsidir

Budapeştdə İkinci Dünya müharibəsi dövrünə aid 240-dan çox partlayıcı aşkarlanıb

Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu

Media: Türkiyədə ikinci Atom Elektrik Stansiyasının tikintisi 30 milyard dollara başa gələcək

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

“Aramco”nun xalis mənfəəti 2,6 milyard dollar artıb

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib

Bakıda Venesiya ab-havası: Turistlərin heyran qaldığı nağılvari məkandan FOTOREPORTAJ

Qəlbindəki nur ilə seçilən azərbaycanlı

“Liverpul”un futbolçusu “Fənərbağça” ilə oyunu buraxacaq

Sosial həssas qrupdan olan daha 20 tələbə aylıq 200 manat təqaüd alacaq

® “Bir” və “CineMastercard”dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə “Birbank”da

Rusiya Ukraynanın 9 vilayətində enerji infrastrukturuna zərbələr endirib

Fransalı nazir: Aksiyalarda gözyaşardıcı qazdan və qumbaralardan istifadə dayandırılmayacaq

Rusiya “3+3” formatında növbəti görüşün tezliklə keçirilməsinə ümid edir

Qazi Bəbir Qasımov: Vətən müharibəsində tarixi ədalət öz yerini tapdı

Ursula Fon der Lyayen: Hörmüz böhranı Avropa üçün 127 milyard avro əlavə xərc yaradıb

“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirib

Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib

® “Bank of Baku”nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

“Qanlı Meri”: BIAF-2026 festivalının əsas tamaşası Musiqili Teatrın səhnəsində

İspaniyada futbolçunun vəfatı ilə əlaqədar bir neçə oyun təxirə salınıb

İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Azərbaycan Dəmir Yolları” yükdaşıma infrastrukturunun inkişafı və rəqəmsallaşma planlarını açıqlayıb

S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin STRUKTURU

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Tarixi yaşatmaq üçün onu gələcək nəsillərə ötürmək lazımdır”- Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov

Futbol üzrə Asiya Kuboku turniri regional gərginlik səbəbindən təxirə salınıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nın, “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın və “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda ilk dəfə dövlət tibb müəssisəsində tor qişanın qopması ilə bağlı əməliyyat icra olunub VİDEO

Azərbaycanda ilk dəfə dövlət tibb müəssisəsində tor qişanın qopması ilə bağlı əməliyyat icra olunub VİDEO

İraqda xlor qazının sızması nəticəsində 52 məktəbli qız zəhərlənib

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Kamilə Dadaş-zadə: Festival aşıq sənətinin ənənələrinin yaşadılmasına xidmət edir

® “Rabitəbank” Xankəndidə sahibkarlarla görüş keçirib

UNICEF Ukrayna və Myanmada uşaqların təhsili və təhlükəsizliyinə artan təhdidlər barədə xəbərdarlıq edir

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı