“Qarabağ” azarkeşlərin davranışına görə yüksək məbləğdə cərimələnib
Bakı, 26 may, AZƏRTAC
AFFA İntizam Komitəsi Premyer Liqanın sonuncu - XXXIII tur turu ilə bağlı qərarlarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, “Sumqayıt” – “Qarabağ” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “kimyaçılar” 2500 manat cərimələnib. Ağdam klubu isə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 8000 manat ziyana düşüb.
“Kəpəz” – “Neftçi” qarşılaşmasında Gəncə təmsilçisi 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimə ödəyəcək. Qonaqların heyətində isə İfenayi Metyu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 2 oyun cəzalanıb, komandasını isə 1000 manat xərcə salıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda da oynamayacaq
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]