Əlilliyin qiymətləndirilməsi prosesi vətəndaş ekspert təması olmadan aparılır
Bakı, 2 aprel, AZƏRTAC
Əlilliyin qiymətləndirilməsi prosesi elektron qaydada həyata keçirilir və vətəndaş ekspert təması olmadan aparılır. Belə ki, vətəndaş ərazi üzrə yaşadığı səhiyyə müəssisəsinə müraciət edir. Səhiyyə müəssisəsində həkim-məsləhət komissiyası tərəfindən vətəndaşın sağlamlıq vəziyyəti qiymətləndirilir. Sağlamlıq vəziyyətinin qiymətləndirilməsi dedikdə ambulator, stasionar, instrumental və digər mütəxəssislər tərəfindən müayinələrin həyata keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov deyib.
“İlk mərhələdə müayinədən keçəndən və həkim-məsləhət komissiyasının qərarından sonra Forma 88 tərtib edilir və əlillik altsisteminə daxil edilir. Bundan sonra həkim-ekspert adsızlaşdırılmış qaydada vətəndaşın müayinəsini aparır və qərarını bildirir. Elektron qaydada qərar həm səhiyyə müəssisəsinə çatdırılır, həm də vətəndaşın formada qeyd etdiyi mobil və digər nömrələrinə bu barədə məlumat göndərilir”, - deyə C.Əbdül-Qədirov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]