ELİNA HƏSƏNOVA YARIMFİNALA ÇIXMIŞDIR
İştirakçılar arasında ən yüksək reytinqə malik ispaniyalı Yeva Fernandes gərgin idman mübarizəsində rusiyalı Yuliya Solonitskayaya məğlub olmuşdur – 6:7 (4), 2:6. Azərbaycan idmançısı, ölkə çempionu Elina Həsənova isə həmvətənlərini sevindirmişdir. O, birinci hissədə Yekaterina Poluninanın müqavimətini qırdıqdan sonra (7:5) rəqibi özünü pis hiss etdiyinə görə oyundan çıxmışdır. Beləliklə, Azərbaycan çempionu yarımfinala vəsiqə almışdır. Mütəxəssislər bunu böyük uğur kimi qiymətləndirirlər.
Elə həmin gün daha iki yarımfinalçı müəyyən edilmişdir. Hələlik heç bir reytinqi olmayan və çoxlarının ciddi qəbul etmədiyi 14 yaşlı zərif italiyalı Kamilla Corci ukraynalı Yuliya Snateykonu 6:1, 6:3 hesabı ilə məğlub etmişdir. Sofya Şapatova (Gürcüstan) Yekaterina Dranetsə (Rusiya) asanlıqla qalib gəlmişdir - 6:3, 6:2.
Yarımfinallar sentyabrın 1-də keçiriləcəkdir. Qoşa yarışların qalibləri də həmin gün müəyyən ediləcəkdir. Turnirin ən yaxşı tennisçisi isə sentyabrın 3-də, final oyunundan sonra məlum olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]