“ELİT” FERMER TƏSƏRRÜFATINDA MƏHSUL TOPLANIR
Ağcabədinin Təzəkənd kəndindəki M.Ə. Sabir adına “Elit” toxumçuluq fermer təsərrüfatında məhsul yığımına başlanmışdır. Təsərrüfatda görkəmli seleksiyaçı alim Cəlal Əliyevin yaratdığı “Ruzi -84”, “Əzəmətli”, “Nurlan-99”, “Qiymətli-2/17” taxıl sortları əkilib beçərilmişdir. Fermer təsərrüfatının rəhbəri, əməkdar kənd təsərrüfatı işçisi Cümşüd Şıxəliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bu uğurlar ölkəmizdə biotexnoloji əkinçiliyin əsasını qoymuş dünya şöhrətli seleksiyaçı alim Cəlal Əliyevin tövsiyələri və məsləhətləri sayəsidə qazanılıb. Taxılçılıqla əlaqədar Bakıda keçirilən seminar-müşavirənin iştirakçıları bu il mayın 23-də təsərrüfatımızda olmuş, işimizdən razı qalmışlar. 100 hektar sahədə toxumluq taxıl yetişdirmişik. İlk nəticələr sevindiricidir. Hər hektarın məhsuldarlığı 55 sentinerdən artıqdır.